23 Oktyabr 2025

Fortinet Security Day 2025 tədbirində iştirak etdik

Bestcomp Group komandası olaraq Fortinet Security Day 2025 tədbirində iştirak etdik. Tədbir çərçivəsində kibertəhlükəsizlik üzrə mütəxəssislərimiz ziyarətçilərə demo sessiyaları təqdim edərək Fortinet ekosisteminin ən qabaqcıl texnologiyalarını FortiGate Secure SDWAN, FortiClient ZTNA, FortiAIOps nümayiş etdirdilər.

Ən diqqətçəkən məqamlardan biri isə Fortinet tərəfindən təqdim edilən yeni nəsil FortiAI həllinin nümayişi oldu.

Qürurla bildiririk ki, bu innovativ FortiAI həllinin Azərbaycanda ilk satışı artıq Bestcomp Group tərəfindən həyata keçirilib və bu yaxınlarda özəl qurumlardan birinə tətbiq olunacaq.

Ən yüksək Fortinet Expert Partner statusuna malik Bestcomp Group, təhlükəsizlik və səmərəliliyi birləşdirən, gələcəyə yönəlmiş texnologiyaların tətbiqində və innovasiyanın davamlı inkişafında etibarlı tərəfdaşdır.