AZ
Bestcomp Group “Cyber Security Summit Central Eurasia 2025” sammitində iştirak etdi.
Baş İcraçı Direktorun kommersiya məsələləri üzrə müavini Xəlil Ələkbərov rəhbərliyi ilə Bestcomp Group nümayəndə heyəti 7–8 oktyabr tarixlərində Daşkənd şəhərində Özbəkistan Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunmuş “Cyber Security Summit Central Eurasia 2025” tədbirində iştirak edib. Tədbir çərçivəsində əməkdaşlarımız Özbəkistan Milli Kibertəhlükəsizlik Mərkəzi, eləcə də tərəfdaşlarımız Cloudflare, CrowdStrike və Fortinet şirkətlərinin nümayəndələri ilə məhsuldar görüşlər keçiriblər. Sammitdə Azərbaycan Respublikası Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev də çıxış edərək, regional kibertəhlükəsizlik sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Bu səfər yalnız regional əməkdaşlığın genişləndirilməsi baxımından deyil, həm də yaxın ölkə Özbəkistanla strateji tərəfdaşlığın qurulması və kibertəhlükəsizlik sahəsində birgə təşəbbüslərin formalaşdırılması baxımından mühüm addım oldu.