AZ
Bəzi işgüzar səfərlər sadəcə görüşlərdən ibarət olmur. Onlar yeni mərhələlərin başlanğıcına çevrilir. Bestcomp Group nümayəndələrinin Fərid Həsənov və Murad Səmədovun Dubaya son səfəri də belə səfərlərdən oldu. Hörmətli tərəfdaşımız Azercell Telecom LLC və HPE Azərbaycan ofisinin nümayəndələri ilə üç mühüm ünvanı ziyarət etdik:
➡️ Gələcəyə yönəlmiş DU Telecom Home
➡️ Dinamik atmosferi ilə seçilən Hewlett Packard Enterprise Dubai ofisi
➡️ İnnovasiya mərkəzi olan HPE Digital Garage
Bu səfərin uğurlu keçməsinə dəstək olan hər kəsə təşəkkür edirik. Shadi Trad (Du Telecom), Francesco Saffioti, Alaa Alamood, Joseph Bautista, EA, Ramin Alakbarov (HPE).
Güclü və etibarlı tərəfdaşlarla rəqəmsal transformasiyaya doğru daha bir addım atıldı.