4 Dekabr 2025

HPE Discover 2025 tədbirində iştirak etdik

HPE Discover 2025 tədbirində iştirak etdik

Bestcomp Group nümayəndə heyəti Barselonada keçirilən HPE Discover 2025 tədbirində iştirak edib.


Tədbirdə açılış nitqi ilə çıxış edən HPE-nin prezidenti və baş icraçı direktoru Antonio Neri hazırda dünyada baş verən texnoloji trendlər və onlara ən uyğun formada strategiyaların formalaşdırılması barədə fikirlərini bölüşmüşdür.


Bestcomp Group və HPE arasında uzunmüddətli tərəfdaşlıq çərçivəsində müzakirələr aparılıb, mövcud həllərin inkişafı və yeni əməkdaşlıq istiqamətləri qiymətləndirilib.


Tədbir zamanı aparıcı ekspertlərlə keçirilən görüşlər süni intellektin tətbiqi, infrastrukturun optimallaşdırılması və biznes proseslərində texnoloji yeniliklərin inteqrasiyası kimi mövzulara fokuslanıb.


Tədbirdə vurğulanan əsas mövzular:


- Süni intellektin cari dövrdə praktiki gücünün artması

- İnnovasiyanın qlobal texnoloji dəyişikliklərə uyğunlaşmada rolu

- Texnologiyaların insan yönümlü dəyər yaratması zərurəti


Tədbirdə aparılan müzakirələr Bestcom Group ilə HPE arasında tərəfdaşlıq istiqamətlərinin inkişafı və gələcək layihələrin planlaşdırılması üçün yeni əsaslar yaradıb.