AZ
23–24 fevral 2026-cı il tarixlərində şirkətimizin nümayəndə heyəti sifarişçilərimizlə birgə Lenovo-nun dəvəti əsasında Budapeşt şəhərində yerləşən Lenovo İnnovasiya Mərkəzinə işgüzar səfər həyata keçirmişdir.
Qlobal texnoloji trendləri birbaşa mənbəyində izləmək, praktiki təcrübəni genişləndirmək və sifarişçilərimizlə birgə davamlı rəqəmsal inkişaf strategiyalarını formalaşdırmaq məqsədilə bu kimi beynəlxalq platformalarda iştirak etməyə davam edəcəyik.