10 Mart 2026

Bestcomp Group ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında təmsil olundu

Bestcomp Group ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında təmsil olundu

Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən Palatanın 30 illik yubileyi münasibətilə təşkil olunmuş ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransında iştirak etdik.

Şirkətimiz tədbirdə Baş İcraçı Direktorumuz Fərid Həsənov tərəfindən təmsil olunmuşdur. Konfrans çərçivəsində ABŞ və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı, investisiya imkanları və strateji əməkdaşlığın gücləndirilməsi müzakirə olunmuşdur.

Xüsusilə vurğulanan məqamlardan biri texnologiya və rəqəmsal infrastrukturun iqtisadi inkişafın və innovasiyaların əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsidir.

Bestcomp Group üçün konfrans beynəlxalq tərəfdaşlarla məhsuldar görüşlər keçirmək, texnologiya və rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıqlar üçün yeni perspektivləri müzakirə etmək imkanı yaratdı.