May 6, 2026

Müqavilələr üzrə baş mütəxəssis

1. Vəzifə öhdəlikləri

• Müqavilə şərtləri ilə bağlı müzakirələrin aparılması;

• Müqaviləyə əlavə və düzəlişlərin edilməsi;

• Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;

• Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;

• Müqavilələrin elektron reyestr sistemini mütəmadi olaraq yoxlamaq və yeniləmək;

• Müqavilələrin struktur bölmələrlə koordinasiyalı şəkildə hazırlanması və razılaşdırılması prosesində iştirak;

• Müqavilə müddətlərinə, öhdəliklərinə və dəyişikliklərinə nəzarət olunması və aidiyyəti üzrə məlumat verilməsi;

• Tərəfdaşlarla, podratçılarla və müştərilərlə müqavilə şərtlərinə dair yazışmaların aparılması;

• Müqavilələrə dair statistik və hesabat xarakterli məlumatların hazırlanması;

• Şöbələrarası müqavilələrə dair daxil olan sorğuların cavablandırılması və əlaqələndirmənin təmin olunması;

• Müqavilələrin idarə olunması ilə bağlı rüblük hesabatların hazırlanması və təqdim olunması;


2. Davranış bacarıqları

• Təhlil etmək və problem həll etmək bacarığı;

• Ünsiyyət bacarığı;

• Tapşırıqların icrasında çevik yanaşma bacarığı;

• Analitik və problem həll etmə bacarığı;

• Əməkdaşlıq və Komanda işi;

• Vaxtın düzgün idarə edilməsi;

3. Xüsusi tələblər

• Ali təhsil

• MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);

• Azərbaycan dili mükəmməl, İnglis dili yaxşı səviyyədə;

• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi


Komandamıza qoşulun

Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq

Xahiş edirik CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)