Satış meneceri

1. Əsas tələblər

Təhsil və təcrübə

• Ali təhsil (Biznes, İT, Menecment və ya əlaqəli sahə)

• Minimum 3–5 il B2B satış təcrübəsi

• İT və ya proqram təminatı satışında təcrübə (üstünlükdür)

Satış bacarıqları

• Solution selling / consultative selling təcrübəsi

• Müştərinin biznes ehtiyaclarını analiz etmək və uyğun həll təqdim etmək bacarığı

• Kompleks satış dövrlərini idarə etmək (uzun sales cycle)

• Tender və korporativ satış prosesləri ilə tanışlıq

Dil bilikləri

• Azərbaycan dili – sərbəst

• İngilis dili – yaxşı səviyyədə

• Rus dili - yaxşı səviyyədə

________________________________________

2. Texniki və sahə üzrə biliklər

• Proqram təminatı, lisenziyalaşdırma haqqında anlayışlar

• API, inteqrasiya və basic İT infrastrukturu haqqında ümumi bilik

• Dövlət və korporativ sektorun rəqəmsallaşma prosesləri haqqında anlayış

• Proqram həllərinin demo təqdimatlarını müstəqil şəkildə hazırlamaq və keçirmək

• Tender sənədlərini (RFP/RFQ) hazırlamaq, kommersiya təkliflərini formalaşdırmaq

• Rəqib analizi aparmaq, bazar tendensiyalarını izləmək

Əlavə üstünlüklər:

• Məhsul menecmenti, proqram təminatının hazırlanması üzrə həyat dövrü (SDLC) anlayışları

• ERP, CRM, SaaS və ya digər biznes tətbiqlərinin satış təcrübəsi

• Azərbaycanda IT və ya proqram təminatı bazarının məlumatı

• Rəqəmsal transformasiya layihələrində iştirak

________________________________________

3. Şəxsi keyfiyyətlər (Soft skills)

• Güclü kommunikasiya və təqdimat bacarıqları

• Danışıqlar aparmaq və bağlama (closing) bacarığı

• Analitik düşüncə və problem həll etmə

• Özünü motivasiya etmə və nəticə yönümlülük

• Müştəri ilə uzunmüddətli münasibət qurmaq bacarığı

________________________________________

4. Praktiki bacarıqlar

• Satış pipeline idarəetməsi

• Kommersiya təklifləri və təqdimatların hazırlanması

• Demo və məhsul təqdimatı keçmək bacarığı

________________________________________

5. KPI və nəticə yönümlü tələblər

• Aylıq / rüblük satış planlarının yerinə yetirilməsi

• Yeni müştərilərin cəlb olunması (new business development)

• Mövcud müştərilərlə upsell / cross-sell

• Satış funnel-in aktiv idarə olunması


Komandamıza qoşulun

Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq

Xahiş edirik CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)
BestComp Group | Satış meneceri