AZ
Əsas vəzifələr
• İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrini planlaşdırmaq və idarə etmək;
• Layihələrin əhatə dairəsini, vaxt qrafikini və resurs ehtiyaclarını müəyyənləşdirmək;
• Layihələrin büdcəsini, vaxt qrafikini, resurslarını və nəticələrini idarə etmək;
• Daxili komandalar, sifarişçilər, biznes tərəfləri və xarici təchizatçılar arasında koordinasiyanı təmin etmək;
• Layihə üzrə gündəlik fəaliyyətləri idarə etmək, tapşırıqların vaxtında və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
• Layihə risklərini və yarana biləcək problemləri müəyyənləşdirmək, onların həlli və idarə olunmasını təmin etmək;
• Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində tamamlanmasına nəzarət etmək;
• İT siyasətlərinə, texniki standartlara və informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
• Test, tətbiq, sənədləşdirmə və layihənin təhvil verilməsi proseslərini koordinasiya etmək;
• Layihələrin gedişatı barədə rəhbərliyə və maraqlı tərəflərə mütəmadi hesabatlar təqdim etmək;
• Rəhbərlik tərəfindən vəzifə üzrə verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
• İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
• Layihələrin idarə edilməsi sahəsində minimum 4–5 il iş təcrübəsi;
• İT infrastrukturu, sistem inteqrasiyası və ya proqram təminatı layihələri üzrə praktiki təcrübə;
• Orta və irimiqyaslı inteqrasiya layihələrinin başlanğıcdan təhvil mərhələsinədək idarə olunması üzrə təcrübə;
• Agile, Waterfall və ya Hybrid layihə idarəetmə metodologiyaları üzrə bilik;
• MS Office proqramları, xüsusilə MS Project ilə işləmə bacarığı;
• Azure DevOps, ManageEngine və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
• İT siyasətləri, texniki standartlar və informasiya təhlükəsizliyi tələbləri haqqında anlayış;
• ISO 9001, ISO 27001 və digər müvafiq idarəetmə standartları üzrə bilik arzuolunandır;
• Güclü liderlik, ünsiyyət, danışıqlar aparma, analitik düşünmə və problem həll etmə bacarıqları;
• Vaxtın effektiv idarə olunması və güclü təşkilatçılıq bacarığı;
• Bir neçə layihəni eyni vaxtda effektiv idarə etmək və gərgin iş şəraitində çevik qərarlar vermək bacarığı;
• Texniki və biznes tərəfləri ilə effektiv əməkdaşlıq etmək bacarığı.
Dil bilikləri
• Azərbaycan dili – sərbəst;
• İngilis dili – əla;
• Rus dili – əla.
Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq