AZ
Power Vendor Manager — elektrik enerjisi ilə bağlı avadanlıq və xidmətlər (məsələn, UPS, enerji avadanlıqları, texniki xidmət və s.) təchiz edən vendorlarla münasibətlərin idarə olunması və optimallaşdırılmasına cavabdeh olan bir vəzifədir.
Tələblər:
Ali texniki təhsil (elektrik mühəndisliyi və ya enerji paylanması sahəsi üstünlükdür)
İT, enerji və ya əlaqəli sahələrdə 2 ilə qədər iş təcrübəsi
UPS-lərin əsas prinsipləri, avadanlıq növləri, texniki göstəriciləri, əsas istehsalçı və təchizatçılar haqqında məlumat; həmçinin passiv avadanlıqlar və aksesuarlar (rack-lar, PDU-lar və s.); IT Cooling və SCS sahəsində biliklər üstünlükdür
Vendorlarla iş və münasibətlərin qurulması üzrə təcrübə
Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışıq
Excel proqramında sərbəst istifadə bacarığı, 1C bilikləri üstünlükdür
Məsuliyyətli və təşkilatçı olmaq, çoxsaylı tapşırıqları idarə etmək bacarığı
Öyrənməyə və inkişaf etməyə həvəs
Logistika prosesləri ilə tanışlıq üstünlük hesab olunur
Vəzifə öhdəlikləri:
IT Power istiqaməti üzrə vendorlar, müştərilər və satış komandasilə münasibətlərin qorunması və inkişaf etdirilməsi
Sorğuların göndərilməsi, sifarişlərin emalı və sənədləşmənin izlənməsi proseslərində komandaya dəstək göstərmək
Texniki tələblərə uyğun olaraq enerji ilə bağlı avadanlıq və xidmətlərin tədarükünü təşkil və nəzarət etmək
Vendorların, təchizatçıların və məhsulların məlumat bazası ilə işləmək
Müddətləri izləmək və avadanlıq çatdırılma proseslərini idarə etmək
Müntəzəm hesabatların hazırlanması
Şəxsi keyfiyyətlər:
Analitik düşüncə
Məsuliyyətlilik
Etibarlılıq və intizam
Proaktivlik
Nəticə yönümlü yanaşma
Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq