Sistem Mühəndisi (Middle)

Vəzifə və öhdəliklər

 Windows Server və Linux əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası, yenilənməsi və gündəlik idarə olunmasını həyata keçirmək;

 Active Directory, DNS, DHCP, Group Policy və digər əsas infrastruktur servislərini konfiqurasiya etmək, idarə etmək və dayanıqlı işini təmin etmək;

 VMware vSphere/ESXi, vCenter, Hyper-V və digər virtualizasiya platformalarında virtual maşınların yaradılması, konfiqurasiyası, resursların idarə olunması və texniki problemlərin aradan qaldırılmasını həyata keçirmək;

 Fiziki və virtual serverlərin, sistem xidmətlərinin və infrastruktur komponentlərinin monitorinqini aparmaq, performans və əlçatanlıq problemlərini analiz etmək;

 Sistemlərdə yaranan insidentləri müstəqil şəkildə araşdırmaq, root cause təhlili aparmaq və uyğun həll yollarını tətbiq etmək;

 Server, storage, SAN, backup və virtualizasiya sistemlərinin inteqrasiyası və texniki idarə olunması üzrə işləri həyata keçirmək;

 Yeni sistem və xidmətlərin mövcud İT infrastrukturuna inteqrasiyasını planlamaq və icra etmək;

 Backup və restore proseslərinin düzgün işləməsinə nəzarət etmək, bərpa testlərini həyata keçirmək və nasazlıqların aradan qaldırılmasını təmin etmək;

 TCP/IP, DNS, VLAN, routing və digər əsas şəbəkə prinsiplərindən istifadə etməklə server və xidmətlərin bağlantı problemlərini analiz etmək;

 Sistem resurslarının, logların, xidmətlərin və performans göstəricilərinin monitorinqini və ilkin analitik qiymətləndirilməsini aparmaq;

 Mövcud infrastrukturun inventarlaşdırılması, texniki sənədləşmənin və sistem konfiqurasiyalarının aktual saxlanılmasını təmin etmək;

 İnfrastruktur dəyişikliklərini planlamaq, change proseslərində iştirak etmək və həyata keçirilən dəyişiklikləri sənədləşdirmək;

 Şəbəkə, informasiya təhlükəsizliyi, tətbiq və digər texniki komandalarla koordinasiyalı şəkildə işləmək;

 Sistem inteqrasiyası, miqrasiya, modernizasiya, yenilənmə və yeni infrastruktur layihələrinin texniki icrasında iştirak etmək;

 Kiçik həcmli texniki işləri və tapşırıqları müstəqil şəkildə planlamaq və icra etmək;

 İT təhlükəsizliyi üzrə daxili qayda, standart və prosedurlara riayət etmək.

Tələblər

Təhsil:

İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil.

Təcrübə:

Sistem inzibatçılığı, sistem mühəndisliyi və ya sistem inteqrasiyası sahəsində ən azı 2–3 il praktiki iş təcrübəsi.

Texniki bacarıqlar:

 Windows Server mühitlərinin quraşdırılması, konfiqurasiyası və idarə olunması üzrə praktiki təcrübə;

 Active Directory, DNS, DHCP və Group Policy xidmətlərinin idarə olunması və troubleshooting bacarığı;

 VMware vSphere/ESXi, vCenter və ya Hyper-V platformalarında praktiki iş təcrübəsi;

 TCP/IP, IP ünvanlama, subnetting, VLAN, routing, DNS və əsas şəbəkə protokolları üzrə yaxşı bilik;

 Server, storage, SAN və backup infrastrukturu üzrə praktiki anlayış;

 Backup, restore və disaster recovery prinsipləri üzrə bilik və praktiki təcrübə;

 Windows və Linux sistemlərində troubleshooting bacarığı;

 Sistem loglarının və monitorinq məlumatlarının təhlili bacarığı;

 İnfrastruktur insidentlərinin araşdırılması və root cause analysis yanaşması üzrə təcrübə;

 Texniki sənədlərin, prosedurların, change qeydlərinin və konfiqurasiya sənədlərinin hazırlanması bacarığı;

Üstünlük sayılır

 VMware vSphere, vCenter, HA, DRS və digər virtualizasiya komponentləri üzrə praktiki təcrübə;

 Veeam Backup & Replication və ya digər backup həlləri ilə praktiki iş təcrübəsi;

 HPE, Dell, Lenovo və ya digər istehsalçıların server və storage sistemləri ilə iş təcrübəsi;

 SAN, FC, iSCSI və storage təqdimatı üzrə baza və ya praktiki biliklər;

 Linux serverlərin quraşdırılması və idarə olunması üzrə praktiki təcrübə;

 PowerShell, Bash və ya digər skript dilləri ilə avtomatlaşdırma təcrübəsi;

 Zabbix, Grafana, Graylog və ya digər monitorinq və log idarəetmə sistemləri ilə iş təcrübəsi;

 Microsoft, VMware, Red Hat və ya digər müvafiq İT sertifikatlarının olması;

 Sistem miqrasiyası, virtualizasiya, data center və ya infrastruktur modernizasiya layihələrində iştirak etmiş olmaq;

 Ticketing və change management prosesləri ilə iş təcrübəsi.

Tələb olunan səriştələr

 Texniki problemləri müstəqil şəkildə analiz etmək və həll yolları formalaşdırmaq bacarığı;

 Güclü analitik və məntiqi düşünmə qabiliyyəti;

 Root cause analysis yanaşması;

 Prioritetləri düzgün müəyyən etmək və bir neçə texniki tapşırığı paralel idarə etmək bacarığı;

 Məsuliyyətlilik, operativlik və detallara diqqət;

 Komandada işləmək və digər texniki komandalarla effektiv ünsiyyət qurmaq bacarığı;

 Texniki qərarları əsaslandırmaq və düzgün şəkildə sənədləşdirmək bacarığı;

 Yeni texnologiyaları sürətlə mənimsəmək və praktiki tətbiq etmək bacarığı;


Komandamıza qoşulun

Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq

Xahiş edirik CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)
BestComp Group | Sistem Mühəndisi (Middle)