May 6, 2026

Marketinq mütəxəssisi (Middle)

Əsas vəzifə və öhdəliklər:

• Marketinq komandasının gündəlik fəaliyyətində aktiv iştirak etmək və əməliyyat proseslərini koordinasiya etmək

• Rəqəmsal, sosial media və ənənəvi kanallar üzrə marketinq kampaniyalarını müstəqil şəkildə planlaşdırmaq, icra etmək və nəticələrini analiz etmək

• Kampaniyaların effektivliyini ölçmək, performans göstəricilərini (KPİ) izləmək və optimizasiya təklifləri vermək

• Texnologiya vendorları və tərəfdaşlarla effektiv kommunikasiya qurmaq, tərəfdaş proqramlarını idarə etmək

• Marketinq və səyahət agentlikləri ilə əməkdaşlığı koordinasiya etmək və nəticəyönümlü yanaşmanı təmin etmək

• Tədbirlərin, konfransların, sərgilərin və məhsul təqdimatlarının planlaşdırılması və təşkilində aparıcı rol almaq

• Korporativ promo materialların hazırlanmasını koordinasiya etmək və keyfiyyətə nəzarət etmək

• Bloq yazıları, məqalələr, landing page və email marketinq məzmununun hazırlanmasında aktiv iştirak və kontent keyfiyyətinin təmin edilməsi

• Bazar və rəqib analizləri aparmaq, marketinq trendlərini izləmək və strategiyaya uyğun təkliflər vermək

• CRM sistemlərinin və müştəri məlumat bazalarının effektiv idarə olunmasını təmin etmək və məlumatların analizinə əsasən qərarların verilməsinə dəstək olmaq

Tələblər:

Təcrübə:

• Marketinq sahəsində minimum 2-4 il iş təcrübəsi

• İT və ya texnologiya sektorunda təcrübə üstünlükdür

Texniki bacarıqlar:

• Rəqəmsal marketinq alətləri və kanalları üzrə praktiki biliklər

• Kampaniya planlama, icra və analiz bacarıqları

• AI əsaslı alətlərdən (kontent yaradılması, analiz və avtomatlaşdırma üçün) istifadə təcrübəsi

• Analitik düşünmə və data əsaslı qərarvermə bacarığı

Dil bilikləri:

• Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət

• Rus dili biliyi üstünlükdür


Komandamıza qoşulun

Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq

Xahiş edirik CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)