AZ
Vəzifə öhdəlikləri
• Sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin qorunması (HSE) siyasət və prosedurlarının milli qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə effektiv icrasını təmin etmək.
• Təhlükəsiz iş mühitinin təşviqi məqsədilə risklərin müəyyənləşdirilməsi, yoxlamaların aparılması və qabaqlayıcı tədbirlərin tətbiqi.
• HSE sənədlərinin (prosedur, təlim materialları), audit və hesabat sistemlərinin hazırlanması, saxlanılması və təkmilləşdirilməsində iştirak etmək.
• HSE təlimlərinin keçirilməsi və təşkil edilməsi.
• Daimi istehsalat yoxlamaları, risk qiymətləndirmələri və hadisələrin araşdırılmasını apararaq təhlükələrin müəyyən olunması və aradan qaldırılması üzrə tədbirlər görmək.
• Risk reyestrləri, fövqəladə hallar planı, təhlükəsizlik təlimatları kimi sənədlərin hazırlanmasına və saxlanılmasına dəstək olmaq.
• Fərdi mühafizə vasitələrinin (PPE) və digər təhlükəsizlik avadanlıqlarının mövcudluğu və düzgün istifadəsini təmin etmək.
• Hadisə və fövqəladə hallara operativ reaksiya vermək, ilkin dəstək göstərmək və zərurət olduqda müvafiq qurumlarla koordinasiya etmək.
• Qəzalar, təlimlər, təhlükəsizlik məşqləri və normativ uyğunluğa dair qeydləri aparmaq.
Davranış bacarıqları
• Diqqətlilik və detallara həssas yanaşma
• Əməkdaşlıq və komandada işləmək bacarığı
• Vaxtın idarə olunması və təşkilati bacarıqlar
• Danışıqlar aparmaq bacarığı
• Analitik və problem həll etmə bacarığı
• Güclü iş intizamı
• Təzyiq və sıx vaxt çərçivəsində soyuqqanlılıq
Tələblər
• Əməyin mühafizəsi, ətraf mühit mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi
• HSE üzrə əlavə sertifikatlar üstünlükdür
• Sahə üzrə minimum 2-4 il iş təcrübəsi ( Tikinti sahəsində təcrübə üstünlükdür)
Dillər:
• Azərbaycan dili – Əla (yazılı və şifahi)
• İngilis dili / Rus dili – Arzuolunandır
İş yeri: Sahə (field) işi.
İş qrafiki: Həftədə 6 iş günü.
Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq