Specialist in Customer Support and Knowledge Transfer
Vəzifə öhdəlikləri
Şirkətin təmin və təqdim etdiyi alətlər vasitəsilə müştəri sorğularına vaxtında və dəqiq cavab vermək, müştəri ehtiyaclarını müəyyənləşdirmək.
Müştəri şikayətlərinə vaxt çərçivəsində müvafiq həllər və alternativlər təqdim etmək, texniki problemlərin həllini təmin etmək üçün daxili komandalarla işləmək.
Müştərilərin rəyini toplayıb, Məhsul Menecementi komandasıyla paylaşaraq xidmət keyfiyyətinin artırılmasına dəstək göstərmək.
Şirkətin ünsiyyət prosedurlarına, təlimatlarına və siyasətlərinə əməl etmək.
Layihə menecerindən və ya məhsul menecerindən daxil olan məlumatlara əsaslanaraq ətraflı test planları, test nümunələri və xəta hesabatlarının hazırlanması.
Proqram təminatının performans standartlarına cavab verdiyinə və hər hansı səhvlərin həllinə əmin olmaq üçün sınaqdan keçirilməsi.
Tətbiqin bütün aspektlərini, o cümlədən funksionallıq və istifadə imkanlarını sınaqdan keçirməklə bütün tələblərin yerinə yetirilməsini təmin etmək.
Xətalar haqqında rəy bildirmək və kodda təkmilləşdirmələr təklif etmək üçün məhsul sahibləri ilə qarşılıqlı ünsiyyət qurmaq.
İstifadəsinin asan olmasını və istifadəçi ehtiyaclarına cavab verməsini təmin etmək üçün tətbiqin istifadəçiləri ilə istifadəyə yararlılıq testlərində iştirak etmək.
Proqram təminatları biliklərinin idarə edilməsi metodologiyalarını öz təcrübə sahələrində tətbiqinə rəhbərlik etməklə biliklərin transferi və idarəetməsini təmin etmək.
Müştəriyə biliklərin effektiv ötürülməsi, paylaşılması və kommunikasiyası üçün standartları tərtib və təmin etmək.
Müvafiq təlim sessiyalarını planlaşdırmaq, videolar, təqdimatlar, sənədlər və s. kimi müxtəlif formatlarda təlim materialları hazırlamaq.
Müştərilərə qarşı hər zaman pozitiv, empatik və peşəkar münasibət saxlamaq.
Davranış bacarıqları
Güclü analitik və problem həll etmə bacarıqları
Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti
Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı
Komandada işləmə bacarığı
Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
Ünsiyyət bacarığı
Güclü iş etikası
Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək
Detallara diqqət
Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları
Xüsusi tələblər
Diplom:
İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Marketinq üzrə bakalavr dərəcəsi.
Təcrübə:
Müştəri xidmətləri, test və ya təlim sahəsində minimum 2 illik təcrübə.
Sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür.
Kompüter bacarıqları:
MS Office, Service Desk, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri.
Baza SQL bilikləri üstünlükdür.
Dil bilikləri:
Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma)