April 14, 2025

Satış təmsilçisi (UPS avadanlığı üzrə)

1. Tələb olunan bilik və bacarıqlar

• Satış bacarığı (satış hədəflərinə çata bilmə və nəticə yönümlü);

• Müştərilər və partnyorlarla güclü əlaqələr qurmaq bacarığı;

• Müştəri danışıqlarının təşkili və idarə edilməsi, yeni imkanları təyin və təhlil etmək, təklifləri idarə etmək, müştəri sorğularına dolğun cavab vermək bacarığı;

• UPS sistemləri/tipləri və batareyalar barədə biliklər;

• Elektrotexnikanın əsaslarından xəbəri olmalı (kilovat, kilovolt, amper və digər parametrləri fərqləndirə bilməli);

• Tələb olunan hesabatlar, məhsul və ya layihə ilə əlaqədar təqdimatlar hazırlamaq bacarığı.


2. Davranış bacarıqları

• Ünsiyyətcil olmaq;

• Müştəri ilə müsbət ünsiyyət qurmağı bacarmaq;

• Çevik yanaşma, yeni və qeyri-adekvat vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq;

• Təhlil etmək və problem həll etmək bacarığı;

• Komandada işləmək bacarığı;


3. Xüsusi tələblər

• Ali Təhsil: Ali (bakalavr) texniki təhsili olmalı

• İş təcrübəsi: Minimum 1 il (UPS, batareya satışı üzrə təcrübəsi olmalı)

• Dil bilikləri: Azərbaycan-dili əla, xarici dil biliyi olan namizədlərə üstünlük verilir

• Komputer bilikləri: MS Office paketi (word, excel, power point proqramları ilə işləməyi

bacarmalı)

Join our team

Fill in the form and we will contact you

Please upload your resume in PDF or DOCX format (max 5 MB)