July 15, 2025

Kiçik Biznes Analitik

Vəzifə öhdəlikləri

Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı.

Biznes ehtiyaclarının/tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün olan spesifikasiyaları nəzərdən keçirmək/formalaşdırmaq.

Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS/FRS, istifadə nümunəsi/istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması.

Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək.

Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək.

Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması.

Həlllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsini təmin etmək.

Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq.

Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları.

İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək.

Dəyişikliklərin idarə edilməsi/təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işləmək.

Davranış bacarıqları

Maraqlı tərəflərin səmərəli cəlb edilməsi

Güclü analitik və problem həll etmə bacarıqları

Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri

Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı

Əməkdaşlıq və Komanda işi

Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı

Yaxşı dinləyicilik və ünsiyyətcillik qabiliyyəti

Müsbət münasibət

Güclü İş Etikası

Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək

Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları

Xüsusi tələblər

Təhsil: İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Maliyyə üzrə bakalavr dərəcəsi

Təcrübə

Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi 2+ illik təcrübə

Xüsusi təcrübə sahələri:

Biznes təhlili.

İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi.

Kompüter bacarıqları:

MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri.

Baza SQL bilikləri.

Balsamiq və ya hər hansı bir ilkin dizayn/qaralama alətləri.

Dil bilikləri: Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma)

Join our team

Fill in the form and we will contact you

Please upload your resume in PDF or DOCX format (max 5 MB)