AZ
Ədliyyə Nazirliyinə məhkəmə qərarlarının icrasını daha effektiv, operativ və şəffaf şəkildə idarə etmək üçün mərkəzləşdirilmiş və rəqəmsal bir sistem tələb olunurdu. Əvvəlki manual aparılan icra prosesləri vaxt itkisinə, insan səhvlərinə və informasiya axınının zəifliyinə səbəb olurdu. Bu isə hüquqi qərarların yerinə yetirilməsində ləngimələrə və ümumi səmərəliliyin azalmasına gətirib çıxarırdı. İcra proseslərində sürəti, dəqiqliyi və şəffaflığı artırmaq üçün müasir, inteqrasiya olunmuş texnoloji həllin tətbiqi qaçılmaz idi.
Biz məhkəmə qərarlarının icrasının idarə olunması üçün nəzərdə tutulmuş rəqəmsal platforma – Elektron İcra Sistemini tətbiq etdik.
Sistem icra hərəkətlərinin izlənməsi, monitorinqi və hesabatların hazırlanmasını tam avtomatlaşdırır, real vaxt rejimində məlumatlara çıxışı təmin edir və icra məmurları ilə aidiyyəti dövlət qurumları arasında daha səmərəli əməkdaşlığa imkan yaradır.
Eyni zamanda, digər dövlət sistemləri ilə inteqrasiya olunaraq məlumat axınının fasiləsizliyini təmin edir və təkrarlanan proseslərin qarşısını alaraq ümumi idarəetmə səmərəliliyini artırır.