December 2, 2025

Kiçik sistem mühəndisi

Vəzifə öhdəlikləri:

Windows Server ailəsinin (2016/2019/2022) ilkin idarəsi

Active Directory, DNS, DHCP, Group Policy üzrə ilkin konfiqurasiya və texniki dəstək

Virtual mühitlərdə (VMware ESXi və ya Hyper-V) VM-lərin yaradılması və əsas parametrlərlə işləmə

Günlük sistem monitorinqi və hadisələrin qeydə alınması

İT sistemlərinin sənədləşdirilməsində iştirak

Backup sistemlərinə nəzarət və rutin yoxlamalar

Şəbəkə və təhlükəsizlik komandası ilə koordinasiyada işləmə

Senior mühəndislərin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək


Tələblər:

İT sahəsində ali təhsil (bakalavr)

Windows Server OS-lərlə təcrübə, Linux təcrübəsi arzuolunandır

Virtualizasiya anlayışı və VMware platforması ilə iş təcrübəsi

TCP/IP, DNS, DHCP və digər əsas şəbəkə protokolları haqqında anlayış

Sistem təhlükəsizliyi və ehtiyat nüsxələmə haqqında əsas biliklər

Analitik düşünmə qabiliyyəti, məsuliyyət və operativlik

Komanda ilə işləmək bacarığı və öyrənməyə açıq olmaq

Azərbaycan dili (əla), rus və ingilis dili bilikləri (texniki səviyyədə)


Üstünlük sayılır:

Microsoft və ya VMware üzrə ilkin sertifikatlara sahib olmaq (MTA, MCSA, VCTA və s.)

PowerShell və ya digər script dili ilə tanışlıq

Zabbix və ya digər monitorinq sistemləri ilə ilkin tanışlıq

Helpdesk sistemləri ilə iş təcrübəsi (ticket sistemi)

Komandamıza qoşulun

Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq

Xahiş edirik CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)