Korporativ Satış Meneceri

Əsas Məqsəd

Satış həcmlərini artırmaq, yeni müştərilər tapmaq, məhsul, həll və xidmətləri bazarda tanıtmaq, əməkdaşlıq üçün ən sərfəli şərtləri müəyyənləşdirmək.

Bazarın analizi, satışın genişləndirilməsi üzrə inkişaf strategiyasının hazırlanması, potensial müştərilərin, tərəfdaşların və rəqiblərin qiymətləndirilməsi, biznesin planlaşdırılması.


Vəzifə Öhdəlikləri (Menecerial və Operativ)

Aylıq, rüblük və illik hədəflərə nail olmaq.

Satış strategiyasının qurulması və icrası, satış boru xəttinin (pipeline) və gəlirlərin idarə edilməsi.

Satış rəhbərliyi ilə razılaşdırılmış şəkildə təyin olunmuş müştərilər üzrə kompleks satış planının hazırlanması, təklif edilməsi və həyata keçirilməsi.

Komanda rəhbəri ilə mütəmadi biznes icmallarının aparılması.

Satış və satış proqnozu üzrə hesabatların hazırlanması və debitor borclarının nəzarətdə saxlanılması.

Müqavilələrin hazırlanması, bağlanması və müşayiəti.

Müştəri görüşlərinin təşkili və idarə edilməsi, imkanların qiymətləndirilməsi, təkliflərin hazırlanması və təqdimatların keçirilməsi.

Telefon, e-poçt və şəxsi görüşlər vasitəsilə müştərilərlə danışıqlar apararaq şirkətin məhsul və həlləri üçün imkanların müəyyənləşdirilməsi.

Müştərilərlə uzunmüddətli, güclü əməkdaşlıq münasibətlərinin qurulması və onların ehtiyaclarının dərin anlaşılması.

Tenderlərin monitorinqi və komanda rəhbərinə hesabat verilməsi.

Şirkəti yüksək səviyyədə təmsil etmək və şirkətin imicinə və biznes nüfuzuna zərər verə biləcək halların qarşısını almaq.

Həmkarlarla diqqətli və peşəkar davranmaq.

Stok və bazar analizlərinin aparılması.

Məhsullar və həllər üzrə mütəmadi təlimlərdə iştirak etmək və uyğun satış sertifikatlarını əldə etmək.

Görülən işlərlə bağlı mütəmadi hesabatların təqdim edilməsi.

Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icrası.

Qeydlərin aparılmasında dəqiqlik.

Sürətli iş mühitində çoxsaylı prioritetləri idarə etmək bacarığı.

Logistika prosesləri üzrə baza bilikləri.

Danışıqlar aparmaq və şəbəkələşmə (networking) təcrübəsi üstünlükdür.

Detallara yüksək diqqət.


Kompetensiyalar (Soft Skills)

Komanda işi, əməkdaşlıq və effektiv kommunikasiya.

Zamanın idarə edilməsi və təşkilatçılıq bacarığı.

Stressə davamlılıq, çətin situasiyalarda operativ qərar vermək və güclü iş etikası.

İnkişaf etmiş analitik düşüncə və problem həll etmə bacarığı.

Tələblərin analizi və sənədləşmə bacarığı.

Ünsiyyətcil, çoxfunksiyalı (multitasking), çevik və inadkar olmaq.

Yüksək səviyyədə danışıqlar aparmaq bacarığı və inandırıcı olmaq.

Yeni məlumatı tez və keyfiyyətli mənimsəmək müsbət yanaşma bacarığı.

Məsuliyyətlilik və diqqətlilik.

Təzyiq altında və qısa müddətli deadline-larla sakit işləmək bacarığı.

Müştərini maraqlandırmaq və cəlb etmək bacarığı.

Müştərinin ehtiyaclarını dəqiq müəyyənləşdirərək ən optimal həlli təklif etmək bacarığı.

Stokda olan istənilən məhsul üzrə peşəkar məsləhət vermək bacarığı.


Ümumi Tələblər

Biznes risklərinin qiymətləndirilməsi sənədlərinə dair tələblər.

ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi üzrə tələblər.

ISO 45001:2018 – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə tələblər.

ISO 27001:2013 – İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə tələblər.


Namizədə Tələblər

Təhsil:Ali təhsil.

İş təcrübəsi: Minimum 5 il.

İxtisaslaşma: İT satış sahəsi.

Kompüter bacarıqları: MS Office (Excel, Word, Outlook, Project, PowerPoint).

Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – yaxşı (yazılı və şifahi), İngilis dili – yaxşı (yazılı və şifahi)


Komandamıza qoşulun

Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq

Xahiş edirik CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)