Xəbərlər

Lenovo və Bestcomp Group korporativ sifarişçilər üçün "The Power of Platinum Partnership" tədbiri keçirib

24 fevral tarixində Four Seasons hotelində Lenovo və Bestcomp Group şirkətləri tərəfindən təşkil edilmiş "The Power of Platinum Partnership" tədbiri keçirilib. Konfrans Xocalı faciəsi qurbanlarının və qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bestcomp Group-dan qardaş Türkiyəyə dəstək

Bestcomp Group QSC qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) fonduna 1 000 000 TL ianə edib.

Yeni İliniz Mübarək!

Biz birlikdə böyüdük və inkişaf etdik. Bu illər ərzində qarşılaşdığımız maneələri birlikdə dəf edərək, bir yumruq kimi daha da bərkidik, bütövləşdik. Ənənələrimizə sadiq qalaraq, daha bir ili tərəfdaşlarımızla birgə möhtəşəm şənliklə yola saldıq. Yeni il yeni arzular, məqsədlər və planlar deməkdir. Yola saldığımız ildə nəyi necə etdiyimizi düşünərək, hədəfimiz növbəti il vətənimizin innovativ inkişafı yolunda daha uca zirvələri fəth etmək və bu yolda inamla və istəklə addımlamaqdır.

"Bestcomp Group" və "Intel" şirkətləri "Intel Shapes the Future of Technology" adlı konfrans keçirib

1 dekabr 2022-ci il tarixində "Intel" korporasiyası və onun Azərbaycanda Gold statuslu yeganə partnyoru olan "Bestcomp Group" şirkətinin təşkilatçılığı ilə "Intel Shapes the Future of Technology" mövzusunda konfrans keçirilib. Tədbir korporasiya üçün prioritet olan İT departamentlərinin və son istifadəçilərin ehtiyaclarının ödənilməsi ilə bağlı məsələlərə həsr olunub.