Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
2006-cı il 2 avqust tarixli 438 nömrəli və 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanına və “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”-yə əsasən “Qüvvədən düşmüş sənədlərin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin fəaliyyətini təmin edən xüsusi proqram təminatı BestcompGroup firmasının aparıcı mütəxəssisləri tərəfindən tərtib edilmişdir.

Əsas məqsəd qabaqcıl beynəlxalq təcrübəyə uyğun müasir informasiyakommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə edərək Azərbaycan  Respublikasının müvafiq orqanları tərəfindən ölkə vətəndaşlarına, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilmiş və qüvvədən düşmüş sənədlərin vahid məlumat bazasının yaradılması, əhaliyə elektron xidmətlərin göstərilməsi zamanı insanlara məxsus sənədlərin etibarlıq statusunun avtomatlaşdırımış rejimdə qısa müddətdə müəyyən edilməsi və hüquqi qüvvəsini itirmiş sənədlərin qanunsuz istifadəsinin qarşısının alınmasıdır.

Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.