Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə keçirilən “AZCLOUD Hackathon 2019″ müsabiqəsinə start verilib. Hər zaman gənclərə, onların intellektual səviyyəsinin artırılması, elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətə davamlı biliklərə yiyələnməsi üçün dəstək olan BestComp Group şirkəti bu dəfə də “AZCLOUD Hackaton 2019” sponsorları arasındadır.

“Biznesin idarə olunması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması” mövzusunda təşkil olunan “AZCLOUD Hackathon 2019″ müsabiqəsi zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyəcəklər. Bu il müsabiqəyə 58 komandanın tərkibində 244 nəfər müraciət edib. Onlardan yalnız 20 komanda “AZCLOUD Hackathon 2019” –da yarışmaq şansı qazanıb. Qalib komanda 10 000 AZN məbləğində pul mükafatı əldə edəcək. BestComp Group şirkəti bütün iştirakçılara uğurlar arzu edir.