Xəbərlər

Sumaqayıtda İKT Festivalı

22-23 İyun 2010-cu il tarixlərində Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilmişdir. Adı çəkilən festivalda Bestcomp Group şirkəti də aktiv iştirak etmişdir.

Dünya əyləncə industriyasının məşhur nümunəsi HP Pavilion noutbuku artıq Azərbaycanda

İş və multimedia əyləncələri üçün ideal alət olan və şəxsi əyləncə mərkəzi hesab edilən güclü və çoxfunksional HP Pavilion artıq Azərbaycandadır!

Bestcomp Group-un elektron hökumət layihələri: nailiyyətlər və problemlər

 Bestcomp şirkəti 26-28 aprel 2010-cu il tarixində Azərbaycan Texniki Universitetində "Elektron hökumət Azərbaycanda: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Şirkəti konfransda baş müdür R. Həsənov, S. Həbibullayev və X. İbadullayev təmsil etmişdirlər.

Winsure.Net - Tam Sığorta İdarəetmə İnformasiya Sistemi

 Bestcomp Group və SFS şirkətləri tərəfindən 22 Dekabr tarixində Hyatt Regency mehmanxanasında Azərbaycan sığorta sektoru üçün hazırlanan Winsure.Net tam sığorta idarəetmə informasiya sisteminin təqdimatı keçirildi. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Maliyyə Nazirlyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Qafar Məcidov, Standard Insurance şirkətinin idarə heyəti sədrinin 1-ci müavini Aydın Rəhmanov, SFS şirkətinin direktorlar şurasının sədri Ercan Turfan, Bestcomp Group şirkətinin baş müdiri Rauf Həsənov çıxış etdilər.

BESTCOMP Group ITU World Telecom 2009 sərgisində

 Bestcomp Group firması 5 oktyabr 2009-cu il tarixində Cenevrədə başlayan ITU World Telecom 2009 beynəlxalq sərgisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) rəsmi nümayəndə heyəti ilə birgə iştirak edir. Sərgidə Bestcomp Group tərəfindən "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən "Elektron Sağlamlıq Kartı", "Vahid Miqrasiya Məlumat Sistemi" (VMMS), "Xalq Kompyuteri", elektron muzey layihələri və bProDoc - Elektron Sənəd Dövriyyəsi proqram təminatı məhsulunun təqdimatı keçirilir.

ITU World Telecom sərgisi Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında keçirilir və İKT sahəsində milli nailiyyətlərin nümayiş etdirilməsi üçün son illərdə dünyada keçirilmiş ən mühüm tədbirlərdəndir. Sərgidə dünyanın müxtəlif ölkələri öz milli stendlərində İKT-nin inkişafını nümayiş etdirirlər.

Mikro Yazılımevi Bakutel 2007 Sərgisində

 BestComp Group-un Türkiyədən Solution Partneri Mikro Yazılımevi 13 cü Azərbaycan Beynəlxalq TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA TEXNOLOGİYALARI Sərgisində iştirak edir.

BestComp Group Mikro Yazılım Evi nin Azərbaycanda və MDB də rəsmi distributor adını aldı

 Mikro Yazılım Evi, dörd ana qrup altında həllər təqdim edir. Bunlar: my e-RP Təşkilati Resurs Planlaması, Mikro ERP İdarəetmə Məlumat Sistemləri, Standart Seriya Ticari və Mühasibat Paket Proqramları, Series POS Pərakəndə Avtomatlaşdırma Sistemləri

1 2 3 4 5 6 7 8