Məhsullar

bProMig - Vahid Miqrasiya Məlumat Sistemi (VMMS)


Təsviri:

 

"bProMig"- Miqrasiya xidmətində informasiya proseslərinin avtomatlaşdırılması sistemi Bestcomp Group şirkəti tərəfindən işlənib hazırlanmışdır. Sistem Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq olunmuş standartlara uyğun işləyir.

 

Sistem aşağıda göstərilən məlumatların toplandığı informasiya resursudur:

  • Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;
  • Qaçqınlar haqqında;
  • Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları haqqında;

Bu səbəbdən Sistem xüsusi təyinatlı dövlər resursudur. Öz işində o, digər mövcud informasiya resursları və sistemləri ilə əlaqələnir və inteqrasiya olunur.

 

bProMig proqram sisteminin əsas təyinatı:

  • Miqrasiya proseslərinin idarə edilməsi üçün zəruri informasiya ilə təmin olunması;
  • Sənəd dövriyyəsinin avtomatlaşdırılması;
  • Yoxlamalar, sorğular və təhlillə bağlı işlərin avtomatlaşdırılması;

Sistemin funksiyaları:

  • Müraciətlərin qeydiyyatı modulu;
  • Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi modulu;
  • Azərbaycan Respublikası ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamaq icazəsi müddətinin uzadılması modulu;
  • Əcnəbinin şəxsi kartı modulu;
  • Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, onun bərpası və ya vətəndaşlığa xitam verilməsi modulu;
  • Başqa dövlət informasiya sistemləri ilə məlumatların mübadiləsi modulu;
  • Elektron sənəd dövriyyəsi sistemi;
  • İnformasiya mərkəzi modulu;
  • Dövlət Miqrasiya xidmətinin internet saytı;
  • Elektron xidmətlər portalı;

Müraciətlərin qeydiyyatı modulunun əsas vəzifəsi aşağıdakı funksional proseslərin avtomatlaşdırılmasıdır:

 

  • Dövlət miqrasiya xidmətinə müraciət edən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasının vətəndaşlarının ilkin qeydiyyata alınması prosesi;
  • Onların təqdim etdiyi sənədlərin verilənlər bazasına daxil edilməsi;
  • Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi modulunun əsas təyinatı müvəqqəti yaşamaq icazəsinin müddətinin uzadılması üçün vəsiqələrin çapı prosesinin avtomatlaşdırılmasıdır;
  • Azərbaycan Respublikası ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamaq müddətinin uzadılması modulunun əsas təyinatı müvəqqəti yaşamaq müddətinin uzadılmasına icazənin verilməsi prosesinin avtomatlaşdırılmasıdır;

Əcnəbinin şəxsi kartı modulunun funksiyası xidmətə müraciət edən əcnəbinin kartına təqdim edilmiş verilənlərin daxil edilməsidir. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, onun bərpası və ya vətəndaşlığa xitam verilməsi modulunun vəzifəsi həmin səbəblərə görə müraciət etmiş şəxslərə aid məlumatların sistemə daxil edilməsidir:

 

  • Vətəndaşlığın əldə edilməsi;
  • Vətəndaşlığa xitam verilməsi;
  • Vətəndaşlığın bərpası;

Başqa dövlət informasiya sistemləri ilə məlumatların mübadiləsi modulu başqa dövlət informasiya sistemlərinə aşağıdakı məlumatların ötürülməsini təmin edir:

  • Müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri barədə;
  • Müvəqqəti yaşama müddətinin uzaldılması haqqında qərarlar barədə;
  • Elektron sənəd dövriyyəsi sisteminin funksiyası - xidmət çərçivəsindəki sənəd dövriyyəsinin avtomatlaşdırılmasıdır;
  • Miqrasiya Xidmətinin 919 Məlumat Mərkəzinin funksiyası - mərkəzə gələn sorğulara operativ cavabların verilməsidir;
  • Məlumat mərkəzinin işinin səmərəli olması üçün sorğularla işləyən xüsusi proqram işlənib hazırlanmışdır.

Dövlət Miqrasiya Xidmətinin internet saytının funksiyalarına aşağıdakılar daxildir:

  • Dövlət Miqrasiya Xidmətinin göstərdiyi xidmətlər barədə məlumatlandırması;
  • Kütləvi auditoriya üçün nəzərdə tutulmuş sənədlərin əldə edilməsi.

Elektron xidmətlər portalının funksiyalarına daxildir:

  • Dövlət Miqrasiya Xidmətinə onlayn rejimində müraciət edilməsi;
  • Rüsum və cərimələrin ödənilməsi prosesinin avtomatlaşdırılması;

Sistemin tətbiq edilməsi:


bProMig Proqram Sistemi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində tətbiq olunmuşdur.


«Bestcomp Group» şirkətinin üstünlükləri:

 

Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.
Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.