Məhsullar

bProReg - Sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamaların dövlət reyestri


Təsviri:

 

"bProReg"- Sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamaların dövlət reyestri proqram sistemi Bestcomp Group firması tərəfindən işlənib hazırlanmışdır. Sistem Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq olunmuş standartlara uyğun işləyir. Sistem sahibkarlıq fəaliyyətində keçirilən yoxlamaların reyestrini aparan dövlət informasiya resursudur. Reyestrdə aşağıdakı informasiya saxlanılır:

 

- Sahibkarlıq fəaliyyəti subyektlərində Azərbaycan Respublikası dövlət orqanlarının  apardığı yoxlamalar haqqında

 

- Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan sahibkarlıq fəaliyyəti subyektləri haqqında

 

- Sahibkarlıq fəaliyyəti subyektlərinin yoxlanmasını keçirən Azərbaycan Respublikasının dövlət orqanları haqqında

 

Proqram sisteminin əsas təyinatını aşağıdakılar təşkil edir:

 

- Sahibkarlıq fəaliyyəti subyektlərinin yoxlanması haqda informasiyanın vahid verilənlər bazasında saxlanması.

- Sorğu olunduğu halda sahibkarlıq fəaliyyəti subyektlərinin yoxlanması üzrə informasiyanın təqdim edilməsi.

- Yoxlamaların qanunvericiliyə əsasən aparılmasına nəzarət edilməsi.

 

 

Sistemin funksiyaları:

 

“Sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamaların dövlət reyestri” proqram sisteminin funkionallığı onun aşağıdakı sistem komponentlərinin funksiyalarından formalaşır:

 

  • Yoxlamalar üzrə illik plan modulu;
  • Yoxlama modulu;
  • Nəticə modulu;
  • Sahibkarlıq fəaliyyəti subyektləri modulu;
  • Yoxlama şərtləri və vaxt məhdudiyyətləri modulu;
  • Suallar modulu;
  • Yoxlamanın müvəqqəti dayandırılması və bərpası  modulu;
  • Məhdudiyyət ölçüsü modulu;
  • SMS modulu;
  • IVR modulu;
  • Cari hesabatlar modulu;
  • Analitik hesabatlar modulu;

 

"Sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamaların dövlət reyestri" proqram sisteminin baza təyinatını sənədlərin saxlanması və axtarışı təşkil edır:

 

  • Sahibkarlıq fəaliyyəti subyektlərində keçirilmiş yoxlamalar haqqında informasiyanın mərkəzləşdirilmiş saxlanılması;
  • Xüsusi axtarış pəncərəsindən reyestrdə saxlanılan bütün informasiya üzrə universal axtarış;
  • Rekvizitlər üzrə axtarış;
  • Sənədlərin qalan atributları üzrə tam axtarış;

  

Sistem müvafiq hökumət orqanlarının informasiya resursları ilə informasiya mübadiləsini təmin edir. Sistem dövlət reyestrində saxlanılan normativ hüquqi aktların informasiya təhlükəsizliyini təmin edir.

 

  • Sistem istifadəçilərinin autentifikasiyası;
  • Sistem istifadəçiləri üçün giriş hüquqlarının paylaşdırılması;
  • Sənədlərlə iş üzrə tarixin və statistikanın aparılması;

 Həllin imkanları və üstünlükləri:

  • Sistemin tətbiq edilməsi və istifadə edilməsi ilə bağlı məsrəflərin aşağı olması; 
  • Sifarişçinin biznes proseslərinə uyğun dəqiq adaptasiya;
  • Mütəmadi işçi proseslərinin avtomatlaşdırılması;
  • Sənədlərlə işin səmərəlilinin əhəmiyyətli dərəcədə artırılması;
  • Sənədlərin emalı üzrə məsrəflərin azaldılması;
  • Əməkdaşların işinin və idarəetmənin səmərəliliyinin qaldırılması;
  • İnformasiya resursları üzrə naviqasiyanın rahat olması üçün verilənlərin nizamlanması, soraq kitabçalarının və kataloqların formalaşdırılması;
  • Resursların vahid klassifikatorunu daxil etmək imkanı
  • Daxili və xarici informasiya mübadiləsinin sürətləndirilməsi;
  • İşlək əks rabitə kanalının yaradılması;
  • Lazımi verilənlərin axtarışı və daxil edilməsi üçün web-texnologiyalarının istifadəsi;
  • Avtorizasiya sistemləri və portal resurslarına paylaşdırılmış giriş hesabına informasiyanın effektiv mühafizə olunması;
  • Lazımi informasiyanın axtarışının sürətləndirilməsi. Mümkün olan bütün mənbələr və resurslar, açar sözləri və s. üzrə  axtarış aparmaq üçün effektiv axtarış mexanizmlərinin təqdim edilməsi;
  • Əməkdaşın giriş hüquqlarını nəzərə almaqla tapılmış informasiyanın ona təqdim edilməsi;
  • Lazımi informasiyanın hədəf auditoriyalara təhlükəsiz çatdırılması ilə bağlı geniş imkanlar;
  • Hüquqi qüvvədən düşmüş sənədlər haqqında SMS və IVR vasitəsilə infomasiya almaq imkanı;

 

Sistemin tətbiq edilməsi:

 

Sistem Azərbaycan Respublikası Ədliyyə Nazirliyində tətbiq edilmişdir.

  

«Bestcomp Group» şirkətinin üstünlükləri:


Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.

Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.