Məhsullar

Microsoft Dynamics NAV - Kadrların, əmək haqqının və insan resurslarının avtomatlaşdırılmış idarəetmə sistemi


Təsviri:


Microsoft Dynamics NAVbiznesin  aparılmasına  kömək edən  sistemdir.  Hələ  1980-ci ildə  buraxılan  nisbətən  sadə  maliyyə  sistemindən  indiyə  qədər     Microsoft Dynamics NAV biznesin idarə edilməsi üçün tam funksiyalı   inteqrasiya  olunmuş  həllə  qədər  böyümüşdür.  Bu gün  dünyanın  30-dan  artıq  ölkəsində  50 000 çox  şirkət   bu  sistemin  köməyi  ilə  öz  biznesini  aparır. Və  siz  əmin  ola  bilərsiniz  ki,  bu  həll  sizə  də  inkişaf  etməyə  və  bazarda   rəqabətədavamlılığı  qoruyub  saxlamağa  kömək  edəcəkdir.

Microsoft Dynamics NAV– bu,  maliyyə  idarəçiliyi,  biznesin  təhlili, istehsalın  idarə  edilməsi,  distributorluq,  müştərilərlə  qarşılıqlı  əlaqələr  qurulması və onlara  xidmət  göstərilməsi, eləcə də  elektron  kommersiya   sahəsində   müxtəlif   məsələlərin  həll  edilməsi   üçün  nəzərdə tutulmuş   inteqrasiya  olunmuş   sistemdir.

Microsoft Dynamics NAV müəssisənin fəaliyyətinin bütün  istiqamətləri  haqqında   məlumatları  birləşdirir.  Sonrakı səhifədə verilən  siyahıya  əsasən  siz  sistemin özünüzə  məxsus  konfiqurasiyasını   yığa biləcəyiniz inteqrasiya  olunmuş modullar dəstinin nə qədər böyük olduğu barədə mülahizə yürüdə bilərsiniz.

 

Bundan  başqa,  dünyanın   müxtəlif  ölkələrində  Microsoft  tərəfdaşları   çoxsaylı  əməli  tətbiqlərlə  yoxlanılmış  bir çox  sahə  həlləri  işləyib  hazırlamışlar.  Onlar  sistemin tətbiq olunması və işinizin fərdi xüsusiyyətlərinə uyğun olaraq  quraşdırması  üçün  sizə  də  həmçinin  kömək  etməyə  hazırdırlar.

 

Microsoft Dynamics NAV–  bu, güclü  funksionallığa  malik  və  müəssisənin  İT-infrastrukturuna   yüksək  tələblər  irəli  sürməyən  orta və kiçik   biznes   şirkətləri  üçün   həyata  keçirilməsi  münasib, asan  və   tətbiqi  rahat  olan  həllərdir. 

 

Sistemdən istifadə edən müəssisələrdə  eyni zamanda  işləyən rəqib  istifadəçilərin  tipik sayı 5-dən 50-yə qədərdir (rəqib istifadəçilərin sayı yüzlərlə olan   installyasiyalar  da   mövcuddur).

Bunlar, əsas  etibarilə,   ticarət və  distributorluq,  peşəkar  xidmətlər  və  istehsalat sahəsindən, xüsusilə  də   ixtisaslaşmış  sahə   həllərinin   istifadə    edilməsində  maraqlı  olan,  onların  biznesinin   fərdi   tələbatlarına  uyğunlaşdırılmış  müəssisələrdir.  Sistem   şirkətdə  istifadə    edilən   Microsoft server və    ofis  proqramları  ilə   asanlıqla  inteqrasiya  olunur.

 

Sistemin funksiyaları:

 

  • Beynəlxalq və azərbaycan standartlara uyğun müxtəlif uçot modellərinin dəstəyi
  • Çoxvalyutalı uçot
  • Hesabların iyerarxiya planı
  • İstənilən sayda analitik ölçülmələr, məsuliyyət mərkəzləri
  • Büdcə və maliyyə planlaşdırılmaları
  • Büdcənin icra edilməsinə nəzarət
  • Pul vəsaitləri hərəkətinin proqnozu, likvidliyin analizi, ödənişlərə nəzarət
  • Bir neçə şirkətin birgə üçotu və konsolidasiya
  • Əməliyyatların tam auditi
  • Maliyyə müxabirləşməsindən imtina
  • Hesabatların XBRL formatında dəstəyi
  • Debitor və kreditor borclarına nəzarət
  • Sifariş və hesabların işlənməsi
  • Qiymət və endirimlərin idarə edilməsi
  • Əmtəələrin çatdırılması müddətinin hesablanması
  • Qaytarılmaların həyata keçirilməsi və sənədləşdirilməsi
  • Alternativ tədarüklərin ünvanları
  • Tədarük agentləri, üçüncü tərəflərdən birbaşa tədarüklər
  • Qismən ödənişlərin emalı
  • Hesablar üzrə ödənişlərin ləğvi
  • Kontragentlərin kredit limitinə nəzarət
  • Vaxtı keçmiş borcların təhlili
  • Müxabirləşmənin ikili yazılışı
  • Mühasibat işlərinin bütün sahələri üzrə avtomatlaşdırma
  • Bank və kassa əməliyyatlarının uçotu
  • Anbar əməliyyatlarının uçotu
  • Alış kitabı, satış kitabı, vergilərin hesablanması
  • Mühasibat və vergi hesabatlarının vahid şəklə salınmış formaları yığımı
  • Vergi uçotu, vergi registrlərinin formalaşdırılsması
  • Əsas vəsaitlərin uçotu
  • Amortizasiya
  • Təmir işləri və yenidən qiymətləndirilmə
  • Vahid şəklə salınmış formalar yığımı
  • Əməkdaşların fərdi uçotu
  • Ayrı-ayrı əməkdaşların və yaxud qrupun əmək haqqının müxtəlif alqoritmlər üzrə hesablanması
  • Vergi yoxlama orqanlarına, pensiya fonduna və s. müvafiq informasiyanın ötürülməsi
  • Personalla bağlı əmrlərin uçotu: işə götürmə, köçürülmə, işdən azad edilmə üzrə və s.
  • Əmtəə dövriyyəsinin idarə edilməsi
  • Anbarlar və anbar uçotu vahidləri, anbara yığıla bilməyən əmtəələr
  • Alternativ tədarükçülər
  • Spesifikasiyalar, əvəzedici əmtəələr, qarşılıqlı istinadlar
  • Yerdəyişmə, seçib ayırma, göndərmə, qəbul, daşıma, hesabdan silinmə və s.
  • Partiya və seriya nömrəsinə görə uçot
  • Hər bir əmtəə üzrə maya dəyərinin uçotu (FIFO, LIFO modelləri, orta, seriya nömrələrinə görə, standart)
  • Ehtiyata alma mexanizmləri
  • Anbarın infrastrukturunun idarəetməsi
  • Anbar məkanının optimallaşdırılması mexanizmi
  • Radioterminal (ADCS) qurğular vasitəsilə verilənlərin avtomatlaşdırılmış yığımı sistemi
  • Anbarlararası yerdəyişmələr, əmtəələrin yolda uçotu
  • Anbarın xana səviyyəsində yüklənməsinə nəzarət
  • Qaytarılmaların idarə edilməsi
  • Müxtəlif istehsalat siyasətlərinin dəstəklənməsi (sifariş əsasında istehsalat, anbar üçün, qarışıq)
  • İstehsalat sifarişlərinin mərhələli formalaşdırılması
  • Çoxversiyalı spesifikasiya və marşrutlar
  • Tədarüklərin planlaşdırılması əsasları
  • Tələbatın proqnozlaşdırılması
  • İstehsalat gücünün yüklənməsinə nəzarət
  • İstehsalat gücləri arasında istehsalat tapşırıqlarının bölüşdürülməsi
  • İstehsalat güclərinə məhdudiyyətin qoyulması funksiyaları
  • Subpodrat əməliyyatları və subpodratın dəyərinin uçotu
  • İstehsal olunmuş məhsulun dəyərinin differensial hesablanması
  • Ölçüsündən və ixtisaslaşmasından asılı olmayaraq şirkətlərin proqram kompleksləri arasında elektron şəkildə qarşılıqlı əlaqə
  • Elektron sənəd dövriyyəsinin müxtəlif formatlarda dəstəyi
  • Veb-interfeys vasitəsilə Microsoft Dynamics NAV verilənləri ilə intranetdə iş
  • Məlumat kitabları, hesablar və başqa biznes-informasiyanın real vaxt rejimində gözdən keçirilməsi və modifikasiyası
  • Microsoft Office biznes-sənədlərindən müştərək istifadə
  • Kontragentlər bazasının aparılması
  • Göndərmələr siyahıları
  • Kontaktların seqmentləşdirilməsi
  • Marketinq kampaniyaları
  • Kontaktların idarə edilməsi
  • Sahələr və başqa kriteriyalar üzrə təsnif etmə, qruplaşdırma
  • Profilləmə
  • Kommersiya təklifləri
  • Menecer təbəqəsi üçün təqvimlər, tapşırıqlar
  • Sənəd dövriyyəsi tarixi
  • Tapşırıqların planlaşdırılması
  • Qarşılıqlı əlaqələrin protokollaşdırılması
  • Satışların analizi
  • Word, Outlook proqramları ilə inteqrasiya (elektron poçtla məlumatların avtomatik göndərilməsi)
  • Servis vahidlərinin idarə edilməsi
  • Qiymətin yaranması
  • Servis sifarişləri
  • Servis xidmətləri üzrə kontraktların aparılması
  • Planlaşdırma və dispetçerləşdirmə
  • Servis işlərinin plan-qrafiki
  • Servis xidmətlərinə aid resurslara nəzarət
  • Sistem çərçivəsində maliyyə hesabatları generatoru
  • Analitik ölçülmələrə əsasən verilənlərin təhlili vasitələri
  • Maliyyə və analitik hesabatların geniş spektri
  • Microsoft Office paketinin Word, Excel və Outlook  proqramları ilə sıx inteqrasiya
  • Business Analytics-də OLAP-kubları əsasında çoxölçülü analitik hesabatlar 

Həllin imkanları və üstünlükləri:

 

Orta və kiçik müəssisələr üçün nəzərdə tutulmuş, güclü funksional imkanlara malik və müəssisənin İT-infrastrukturuna yüksək tələblər qoymayan, asan tətbiq edilən və rahat istifadə edilə bilən həlldir.

 

Həll müəssisənin rəqabət üstünlüklərinin gücləndirilməsinə imkan verir.

 

  • Sifarişçinin biznes proseslərinə müvafiq dəqiq uyğunlaşma;
  • Biznes-proseslərin optimallaşdırılması;
  • Əməkdaşların işinin və eyni zamanda idarəetmənin səmərəlilinin əhəmiyyətli dərəcədə artırılması;
  • Sistemin tətbiqi və istifadə edilməsi üzrə aşağı məsrəflər;
  • Mütəmadi işçi proseslərin avtomatlaşdırılması;
  • Sənədlərin emalı üzrə məsrəflərin azaldılması;
  • Müxtəlif hesabatların yaradılması imkanı;
  • İnformasiya resursları üzrə naviqasiyanın rahatlaşdırmaq üçün verilənlərin nizamlanması, məlumat kitabları və kataloqların formalaşdırılması;
  • Resurslar üzrə vahid klassifikatoru tətbiq etmək imkanı;
  • Daxili və xarici informasiya mübadiləsinin sürətləndirilməsi;
  • Avtorizasiya sistemləri və resurslara paylaşdırılmış giriş hesabına informasiyanın effektiv mühafizə olunması;
  • Proqram sistemi Microsoft-un server və ofis proqramları ilə rahat inteqrasiya olunur.
  • Sistemin çevikliyi və miqyaslılığı;
  • İnformasiyanın verilənlər bazasında etibarlı şəkildə saxlanması, verilənlərin bütövlüyünə və əldə edilmə hüquqlarına nəzarət; 
  • Sistemdə istənilən əməliyyatların aparılması üçün oxşar interfeys;
  • Sistemlə işin asan öyrənilməsi;
  • Bütün dillərin dəstəklənməsi;

  

ERP sistemləri  şöbəsi


Bestcomp Group  şirkətinin ERP sistemləri  şöbəsi 2013-cü  ilin   oktyabr   ayında  yaradılmışdır.  Bizim mütəxəssislərimiz  Microsoft  şirkətinin  rəsmi  sertifikatına   malikdirlər. Bu sertifikatlar onların müvafiq sahələrdə yüksək səviyyədə  bacarıqlarını  təsdiq  edir.  ERP sistemləri  şöbəsinin   əməkdaşları Azerfon, Access Bank, Willo, Mitsubishi Motors  kimi  şirkətlərdə  Microsoft Dynamics  tətbiqi  və dəstəkləməsi üzrə böyük  şəxsi təcrübəyə malikdirlər. 

Şöbənin  yarandığı  andan  etibarən tərəfimizdən Bestcomp Service Centre-də  layihələr   başladılmışdır (anbar, mühasibat,  servis).  Bestcomp Group firmasında bütün daxili  proseslər avtomatlaşdırılmışdır (mühasibat, anbar,  satış,  layihələr).

Biz Sizə aşağıdakı xidmətlərdən istifadə edərək, yüksək nəticələr əldə etmək  imkanı təqdim edirik:

  • Konsaltinq - Sizin  müəssisənizdə istənilən sistemin tətbiq edilməsi  hərtərəfli  təhlil  tələb  edən   kifayət  qədər   ciddi  addımdır.  Biz, Sizin  biznesinizin xüsusiyyətini müfəssəl şəkildə öyrənərək  və  sistemin  Sizin  müəssisənizdə   tətbiq  edilməsinin  həyata  keçirilməsi  üzrə   daha  müvafiq  planları   formalaşdıraraq, bu işdə  Sizə  kömək  etməyə  hazırıq.
  • Microsoft Dynamics müştərilərlə münasibətlərin idarə edilməsi sisteminin  quraşdırılması və  qurulması. Onun istifadəsini maksimum rahat  və   məhz  biznesin Sizin  tərəfinizdən  təşkil  olunması  çərçivələrində  effektiv  etmək  üçün  biz interfeysi  modifikasiya  edən  dizaynerləri  və  xüsusi  proqramlar  yaradacaq  proqramçıları   cəlb  edə  bilərik.
  • Artıq  istifadə edilən  instrumentlər ilə Microsoft Dynamics  sistemlərinin   inteqrasiyası. Biz Dynamics platformasının imkanlarını əlavə edərək, onu daha məhsuldar edə bilərik. Əgər  Siz  öz  işinizə  dəyişikliklər daxil etmək, onun daha da effektiv və daha az resurs tutumlu etmək üçün bizim təklifimizi nəzərdən  keçirin.

 

«Bestcomp Group» şirkətinin üstünlükləri:

 

Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.

Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.