Məhsullar

bProCMS - Məhkəmə İşlərinin Elektron İdarəetmə Sistemi


Təsviri:

 

"bProCMS"- proqram təminatı “Bestcomp Group” şirkəti tərəfindən işlənib hazırlanmışdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq olunmuş standartlara uyğun işləyir. Proqram təminatı məhkəmə işlərinin elektron idarə olunmasının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

 

Sistemin funksiyaları:

 

bProCMS proqram təminatının funkionallığı onun sistem komponentlərinin funksiyalarından formalaşır və aşağıdakı modullardan ibarətdir:

  • Məhkəmə işlərinin qeydiyyatı modulu;
  • Tərəflərin qeydiyyatı modulu;
  • Qeydlərin idarə edilməsi modulu;
  • Məhkəmə ödənişləri və xərclərinin idarə edilməsi (maliyyə) modulu;
  • Məhkəmə işlərinin avtomatik bölüşdürülməsi modulu;
  • Məhkəmə iclaslarının təyini və baxılan işlərin cədvəli modulu;
  • Bildirişlərin avtomatik generasiyası və göndərilməsi (E-mail və SMS) modulu;
  • Sənədlərin (Bildiriş, Məktub, Məhkəmə aktları və s.) hazırlanması və idarə edilməsi modulu;
  • İclas protokollarının idarə edilməsi modulu;
  • Məhkəmə işlərinin idarə edilməsi modulu;
  • Məhkəmə sorğularının emalı modulu;
  • Hesabatların idarə edilməsi və generasiyası modulu;
  • Menyuların və səhifələrin idarə edilməsi modulu;
  • İstifadəçilərin idarə edilməsi modulu;
  • Hüquqların və səlahiyyətlərin idarə edilməsi modulu;
  • Məlumat kitabçaları modulu;
  • Sənəd şablonların dizayn edilməsi və sənədlərin (Bildiriş, Məktub və Məhkəmə aktları) avtomatik generasiyası modulu;
  • Digər sistemlərlə inteqrasiya modulu;
  • Sistem administrasiya modulu;

Məhkəmə işlərinin qeydiyyatı modulunun əsas vəzifəsi yeni məhkəmə işlərinin qeydiyyata alınması, işə nömrələrin avtomatik verilməsi, kateqoriyaların daxil edilməsi və işə aid sənədlərin daxil edilməsidir.

 

Tərəflərin qeydiyyatı modulunun əsas vəzifəsi məhkəmə prosesi iştirakçılarının qeydiyyatını aparmaq, onların şəxsi məlumatları, sosial vəziyyəti, ünvan və əlaqə vasitələri barədə məlumatları daxil etməkdir. Bu modul Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Əhalinin Dövlət Reyestri” məlumat sistemi ilə inteqrasiya olumuşdur. Tərəflərin qeydiyyatı zamanı “Əhalinin Dövlət Reyestri”nə FİN nömrə vasitəsilə sorğu göndərilərək onların şəxsi məlumatları avtomatik qeydə alınır.

 

Qeydlərin idarə edilməsi modulunun əsas vəzifəsi məhkəmə işi barəsində lazımi qeydlərin daxil edilməsidir. Konkret bir məhkəmə işinə aid qeydi daxil edən şəxs onun kimlər tərəfindən oxuna bilməsini təyin edə bilir.

Məhkəmə ödənişləri və xərclərinin idarə edilməsi (maliyyə) modulununəsas vəzifəsi tərəflərin etdikləri ödənişləri (rüsum) qeydə almaq, məhkəmə xərclərinin qeydiyyatını aparmaq, maliyyə hesablarının idarə edilməsi və hesabatların hazırlanmasıdır.

 

Məhkəmə işlərinin avtomatik bölüşdürülməsi modulunun əsas vəzifəsi qeydiyyata alınan məhkəmə işlərinin hakimlərin iş yükü, ixtisaslaşması, məzuniyyətdə olması və s. məlumatlarına görə avtomatik olaraq paylanmasıdır. Bu modul işləri təsadüfi və ardıcıl olaraq avtomatik qaydada, o cümlədən, əllə dərkənar vasitəsilə paylamağa imkan verir. İşlərin paylanması zamanı konkret bir hakimə neçə dövrdən sonra işlərin verilməsini təyin etmək mümkündür. Bu modul işlərin paylanması zamanı təsadüfü üsuldan istifadə etdiyinə görə işlərin sistem tərəfindən hansı hakimə təyin olunacağını müəyyən etmək mümkün deyil. Buna görə də işlərin paylanması zamanı sui-istifadənin və insan faktorunun qarşısı alınır.

 

Məhkəmə iclaslarının təyini və baxılan işlərin cədvəli modulunun əsas vəzifəsi məhkəmə iclaslarının təyin edilməsidir. Bu zaman modul təqvim üzrə zalların və hakimlərin müəyyən tarix və zamanda boş olduğunu yoxladıqdan sonra yeni iclas təyin etməyə icazə verir. Bu modul məhkəmələrin portalı ilə (http://courts.gov.az/) inteqrasiya olunduğundan daxil edilən bütün iclaslar avtomatik olaraq portalda dərc edilir. Bundan başqa, təyin edilən iclaslar birbaşa olaraq məhkəmələrdə quraşdırılmış interaktiv kiosklarda əks olunur. Məhkəmə iclaslarının təyini və baxılan işlərin cədvəli modulunun əsas funksiyası aşağıdakıların təmin olunmasından ibarətdir:

 

  • Məhkəmə işləri gündəliklərinin yaradılması və onların idarə edilməsi;
  • Baxılan işlər siyahılarının yaradılması və onların idarə edilməsi;
  • Görüşlər cədvəlinin tərtib edilməsi;

Bildirişlərin avtomatik generasiyası və göndərilməsi modulunun əsas vəzifəsi təyin edilmiş məhkəmə iclaslarının yeri, tarixi, vaxtı və s. barədə tərəflərə göndəriləcək bildirişlərin avtomatik generasiyası, çap edilməsi, E-mail və SMS vasitəsilə göndərilməsidir.

 

Sənədlərin hazırlanması və idarə edilməsi modulunun əsas vəzifəsi məhkəmə işinə aid sənədlərə (Bildiriş, Məktub, Məhkəmə aktları və s.) aid məlumatların daxil edilməsi, onların avtomatik generasiya olunması, versiyalanması, hesabatların hazırlanması və s. ibarətdir.

 

İclas protokollarının idarə edilməsi modulunun əsas vəzifəsi məhkəmə iclası protokollarına aid məlumatların daxil edilməsi, məhkəmə iclasının mətn, audio və video fayllarına çıxışın təmin edilməsidir.

 

Məhkəmə işlərinin idarə edilməsi modulunun əsas vəzifəsi məhkəmə işinin onun məhkəmədə dinlənməsi üçün hazırlanması, elektron uçot-qeydiyyat kartoçkalarının avtomatik hazırlanması və iş barəsində lazımi məlumatların vahid ekran pəncərəsində göstərilməsidir.

 

Məhkəmə sorğularının emalı modulunun əsas vəzifəsi məhkəmənin səlahiyyətli işçiləri tərəfindən proses iştirakçıları barədə müvafiq məlumat sistemlərinə sorğuların onlayn rejimdə göndərilməsi və axtarış vasitəsilə lazımi məlumatların əldə edilməsini təmin etməkdir. Bu modul hazırda bir neçə dövlət qurumlarının məlumat sistemləri ilə inteqrasiya olunubdur.

 

Hesabatların idarə edilməsi və generasiyası modulunun əsas vəzifəsi məhkəmə işləri barədə bütün lazımi məlumatları əks etdirən müxtəlif statistik və analitik hesabatların avtomatik hazırlanmasıdır, saxlanması və dəyişilməsi imkanlarının təmin edilməsidir. Bu modul verilən müxtəlif parametrlərə uyğun ümumiləşmiş və spesifik hesabatları generasiya edir. Hazırlanmış hesabatlar cədvəl və müxtəlif əyani diaqramlar şəklində əks etdirilir.

 

Menyuların və səhifələrin idarə edilməsi modulunun əsas vəzifəsi sistemin bütün menyularının və səhifələrinin idarə edilməsi, yeni menyu və səhifələrin yaradılması və onların strukturunun təyin edilməsidir.

 

İstifadəçilərin idarə edilməsi modulunun əsas vəzifəsi yeni istifadəçilərin, istifadəçi adları və şifrələrinin qeydiyyatdan keçirilməsi, onların profillərinin, təşkilatı strukturun, və s. yaradılması, idarə edilməsi və autentifikasiya qaydalarının təyin edilməsidir.

 

Hüquqların və səlahiyyətlərin idarə edilməsi modulunun əsas vəzifəsi sistem daxilində qeydiyyatdan keçmiş istifadəçilərin avtorizasiyası üçün lazımi hüquqların və bir neçə hüquqdan ibarət müxtəlif səlahiyyətlərin yaradılmasıdır. Səlahiyyət daxilindəki hüquqlar sistem səhifələri, ekran sahələri, düymələr və əməliyyatlar səviyyəsində təyin edilə bilər.

 

Məlumat kitabçaları modulunun əsas vəzifəsi sistem daxilində məhkəmə, iş və akt növləri, o cümlədən, tərəflər, kateqoriyalar, sənədlər, təqvimlər, prosessual vaxt məhdudiyyətləri və s. aid soraqçaların daxil edilməsi və idarə edilməsidir.

 

Sənəd şablonların dizayn edilməsi və sənədlərin avtomatik generasiyası modulunun əsas vəzifəsi xüsusi hazırlanmış dizayn aləti vasitəsilə müxtəlif sənəd (Bildiriş, Məktub, Məhkəmə aktları və s.) şablonlarının hazırlanması, idarə edilməsi və sonradan onların avtomatik olaraq generasiyasını təmin etməkdir.

 

Digər sistemlərlə inteqrasiya modulunun əsas vəzifəsi məhkəmənin səlahiyyətli işçiləri tərəfindən proses iştirakçıları barədə başqa məlumat sistemlərinə sorğuların onlayn rejimdə göndərilməsi və axtarış vasitəsilə lazımi məlumatların əldə edilməsi üçün digər dövlət qurumlarının müvafiq məlumat sistemləri ilə inteqrasiyanı təmin etməkdir.

 

Sistem administrasiya modulunun əsas vəzifəsi bProCMS proqram təminatının işləməsi zamanı bütün əməliyyatların loqlanması, təhlükəsizliyin təmin edilməsi, ehtiyat surətlərin çıxarılması, sistemin bərpası, proqram modullarının idarə edilməsi və sistemin fəaliyyətini təmin edən digər inzibatçılıq funksiyalarını həyata keçirməkdir.

  

Həllin imkanları və üstünlükləri:

  •  Məhkəmə işinin açılması və onun təfsilatlı qeydə alınması imkanı;
  •  Məhkəmə tərəfləri barəsində qeydlərin yaradılması imkanı və onun haqqında informasiyanın daxil edilməsi;
  •  Məhkəmə sorğularının və tərəflərin idarə edilməsi imkanı;
  •  Məhkəmə işi üzrə qeydlərin idarə edilməsi imkanı;
  •  Məhkəmə ödənişini qəbul etmək və qeydiyyata almaq imkanı;
  •  Məhkəmə ödənişləri üzrə hesabatların idarə edilməsi və onlara dəyişikliklərin edilməsi imkanı;
  •  Mühasibatlıq funksiyalarının dəstəklənməsi imkanı;
  •  Məhkəmə işlərinin avtomatik bölüşdürülməsi imkanı;
  •  Məhkəmə işlərinin idarə edilməsi imkanı;
  •  Məhkəmə işlərində düzəlişlərin edilməsi imkanı;
  •  Məhkəmə işləri arasında əlaqələrin yaradılması imkanı;
  •  Məhkəmə təqvimi və gündəliklərinin idarə edilməsi imkanı;
  •  Gündəliklərin yaradılması imkanı;
  •  Gündəliklərin idarə edilməsi imkanı;
  •  Məhkəmə iclaslarının idarə edilməsi imkanı;
  •  Mənkəmə işlərinə aid iclas siyahısının yaradılması imkanı;
  •  Mənkəmə işlərinə aid iclas siyahısının idarə edilməsi imkanı;
  •  Məhkəmə işlərinin axtarışı və onların iclas siyahısına əlavə edilməsi imkanı;
  •  Görüşlərin idarə edilməsi imkanı;
  •  Bildirişlərin avtomatik generasiyası, E-mail və SMS vasitəsilə göndərilməsi imkanı;
  •  Məhkənə sənədlərinin emal edilməsi imkanı;
  •  Daxil olan sənədlərin idarə edilməsi imkanı;
  •  Göndərilən sənədlərin idarə edilməsi imkanı;
  •  İclas protokollarının idarə edilməsi imkanı;
  •  Fiziki daşıyıcılarda olan məhkəmə işlərinin idarə edilməsi imkanı;
  •  Şikayətlərin izlənməsi imkanı;
  •  Maddi sübutların qeydiyyata alınması imkanı;
  •  Maddi sübutların idarə edilməsi və onların izlənməsi imkanı;
  •  Maddi sübutların məhkəmə işindən ləğv edilməsi və ya onun məhkəmə işinə geri qaytarılmasının təmin  olunması  proseslərinin idarə edilməsi imkanı;
  •  Məhkəmə nəticələrinin idarə edilməsi imkanı;
  •  Məhkəmə qərarları və qətnamələrinin qəbul edilməsi imkanı;
  •  Məhkəmə qərarları və qətnamələrinin qəbulu proseslərinin idarə edilməsi imkanı;
  •  Məhkəmə hökmlərinin əməl olunmasının idarə edilməsi imkanı;
  •  Ümumi hesabatların generasiyası imkanı;
  •  Xüsusi hesabatların generasiyası imkanı;
  •  Menyuların və səhifələrin idarə edilməsi imkanı;
  •  İstifadəçilərin idarə edilməsi imkanı;
  •  Hüquqların və səlahiyyətlərin idarə edilməsi imkanı;
  •  Sənəd şablonların dizayn edilməsi və sənədlərin avtomatik generasiyası imkanı;
  •  Sistem administrasiya imkanı;

Sistemin tətbiqi:

 

bProCMS proqram təminatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində tətbiq edilmişdir və hal-hazırda digər instansiya məhkəmələrində də tətbiqinə hazırlıq işləri gedir.


“Bestcomp Group” şirkətinin üstünlükləri:

 

Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.

Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.