AZ
COP 29-un təşkilatçılarına konfransla bağlı məlumatların idarə olunması və geniş auditoriyaya çatdırılması üçün istifadəsi rahat, miqyaslana bilən və təhlükəsiz bir veb platforma lazım idi. Platforma yüksək istifadəçi axınını qarşılaya bilməli, real vaxt rejimində yeniliklər təqdim etməli və dünyanın müxtəlif ölkələrindən iştirakçılar üçün interaktiv funksiyaları dəstəkləməli idi. Eyni zamanda, veb saytın COP 29-un əsas məqsədlərinə — dayanıqlılıq və iqlim dəyişikliyi ilə bağlı maarifləndirməyə uyğun şəkildə dizayn olunması tələb olunurdu.
Fərqli cihazlarda fasiləsiz və intuitiv istifadəçi təcrübəsi təmin edən çevik və funksional veb platforma hazırladıq. Sayt vasitəsilə istifadəçilərə real vaxt rejimində yeniliklər, tədbirlə bağlı ətraflı məlumatlar və məkan üzrə məlumat təqdim olunur ki, bu da naviqasiyanı daha rahat və əlçatan edir. Veb saytın arxitekturası yüksək performans təmin etmək məqsədilə optimallaşdırılıb və konfransın pik dövrlərində yaranan intensivliyi fasiləsiz şəkildə idarə etməyə imkan verir. Bundan əlavə, platforma ətraf mühitə təsiri minimuma endirmək məqsədilə “yaşıl hostinq” həllərini ilə təchiz olunub.
Yüksək Miqyaslana Bilmə: Platforma eyni anda minlərlə istifadəçiyə xidmət göstərə biləcək şəkildə qurulub və əsas tədbirlər zamanı fasiləsiz giriş imkanı təmin edir.
Dayanıqlılığa Diqqət: Ətraf mühitə zərər verməyən hostinq həllərinin tətbiqi, COP 29-un dayanıqlılığın təşviqi məqsədlərinə tam uyğundur.
Rahat və intuitiv interfeys:
Real vaxt yenilikləri, interaktiv funksiyalar və həm fiziki, həm də virtual iştirakçılar üçün asan naviqasiya imkanı ilə intuitiv dizayn təqdim edir.
Təhlükəsiz və etibarlı:
Həssas məlumatların qorunması və təhlükəsiz istifadəçi təcrübəsinin təmin olunması məqsədilə yüksək səviyyəli təhlükəsizlik standartlarına əsasən hazırlanmışdır.