AZ
İRİA-nın təşkilatçılığı ilə texnopark rezidentlərinin İKT məhsullarının ixrac imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib.
Tədbirdə rezident şirkətlərin nümayəndələri ilə yanaşı, analitik təqdimatlar və panel sessiyası təşkil olunub.
Bestcomp Group QSC-nin Müşahidə Şurasının sədri Rauf Həsənov panel sessiyasında çıxış edərək, İKT məhsullarının beynəlxalq bazarlara çıxışı, ixrac strategiyalarının formalaşdırılması və yerli şirkətlərin qlobal rəqabət qabiliyyətinin artırılması ilə bağlı fikirlərini bölüşüb.