AZ
9-10 oktyabr tarixlərində Bestcomp Group şirkətlərindən olan B&B Security kibertəhlükəsizlik üzrə ölkəmizin ən mötəbər tədbiri olan CIDC 2025 sərgisində iştirak etdi. Tədbirin qızıl sponsoru olaraq ən son həll və xidmətlərimizi ziyarətçilərə təqdim etdik. Stendimizi dövlət və özəl sektor qurumlarının nümayəndələri, eləcə də xarici şirkətlərin təmsilçiləri ziyarət etdilər.