19 Sentyabr 2025

AzDoc 3.0 – Daha Ağıllı, Daha Sürətli və Daha Şəffaf Elektron Sənəd İdarəetmə Sistemi

Sənədlərin idarə olunması hər zaman təşkilatlar üçün çətinlik yaradıb. “AzDoc 3.0” versiyasının istifadəyə verilməsi ilə Bestcomp Group bu prosesi yalnız daha asan deyil, həm də daha ağıllı və təhlükəsiz edir.

AzDoc — təşkilatların sənədlərini səmərəli şəkildə idarə etməsinə imkan yaradan yerli Elektron Sənəd İdarəetmə Sistemidir. Sistem sənədlərin operativ və təhlükəsiz şəkildə təşkilini, saxlanmasını və əldə edilməsini təmin edir. Bununla yanaşı, təsdiq proseslərini avtomatlaşdırır, iş axınlarını sadələşdirir və həm yerli, həm də beynəlxalq tələblərə uyğunluğu qoruyaraq təşkilatlara vaxt qazandırır və onların əsas fəaliyyətlərinə fokuslanmasına şərait yaradır.

AzDoc 3.0-ın yenilikləri

Ən mühüm yenilik sistemin milli “myGov” portalı ilə birbaşa inteqrasiyasıdır. Bu imkan sayəsində vətəndaşlar müraciətlərini artıq onlayn şəkildə “myGov” portalı üzərindən göndərə bilir və həmin müraciətlər dərhal AzDoc sistemində emal olunur. Bu isə deməkdir ki:

  • Vətəndaş müraciətlərinə daha sürətli cavab verilir
  • Xidmətlərin göstərilməsi daha şəffaf olur
  • Gecikmələr və kağız işləri minimuma endirilir

AzDoc-un üstünlükləri:

1. Tənzimlənən sistem: İstənilən sənəd növü, iş axını və qayda rahatlıqla konfiqurasiya edilə bilər.

2. İstifadədə sadə: İstifadəçi dostu və intuitiv interfeys funskionallıqları hər kəs üçün əlçatan edir.

3. Yerli məhsul: Məhsul heç bir 3-cü tərəf ünsürlərdən asılı olmamaqla yanaşı, beynəlxalq və ölkədaxili informasiya təhlükəsizliyi tələblərinə tam cavab verir.


AzDoc-un məhsul sahibi Cəlal Mustafayev bildirib: "AzDoc 3.0 sadəcə texnologiya deyil. Bu, etimad, sürət və həm təşkilatlar, həm də vətəndaşlar üçün daha rahat həyat deməkdir. “myGov” ilə inteqrasiya sayəsində biz qurumlarının insanlara daha səmərəli və operativ xidmət göstərməsinə dəstək veririk.”

AzDoc ilə Bestcomp Group Azərbaycanda rəqəmsal transformasiyanı dəstəkləməyə davam edir, yerli ekspertizanı innovativ həllərlə birləşdirərək gündəlik xidmətlərin keyfiyyətini yüksəldir.