AZ
Bu vəzifə üzrə namizəd MEP, İT infrastruktur, sistem inteqrasiyası və proqram təminatı layihələrinin planlaşdırılması, koordinasiyası və uğurla icrasına rəhbərlik edəcək. Eyni zamanda bir neçə layihəni paralel idarə edə bilən, nəticəyönümlü və güclü təşkilatçılıq bacarığına malik namizəd axtarırıq.
Əsas vəzifələr
MEP, İT infrastruktur, sistem inteqrasiyası və proqram təminatı layihələrini planlamaq və idarə etmək;
Layihənin büdcəsini, vaxt qrafikini və resurslarını idarə etmək;
Daxili komandalar, sifarişçilər və podratçılar arasında koordinasiyanı təmin etmək;
Layihə risklərini müəyyən etmək və onların idarə olunmasını təmin etmək;
Layihələrin vaxtında, büdcə çərçivəsində və keyfiyyət standartlarına uyğun tamamlanmasına nəzarət etmək;
Layihənin gedişatı barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Test, tətbiq və layihənin təhvil verilməsi proseslərini koordinasiya etmək.
Tələblər
İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Sistem Mühəndisliyi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
Layihələrin idarə edilməsi sahəsində minimum 4–5 il iş təcrübəsi;
MEP, İT infrastrukturu, sistem inteqrasiyası və ya proqram təminatı layihələri üzrə praktiki təcrübə;
Agile, Waterfall və ya Hybrid layihə idarəetmə metodologiyaları barədə bilik;
MS Project, Azure DevOps, ManageEngine və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
Güclü liderlik, ünsiyyət, analitik düşünmə və problem həll etmə bacarıqları;
Bir neçə layihəni eyni vaxtda effektiv idarə etmək bacarığı.
Dil bilikləri
Azərbaycan dili – sərbəst;
İngilis dili – əla;
Rus dili – əla.
Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq