Lenovo və Bestcomp Group korporativ sifarişçilər üçün "The Power of Platinum Partnership" tədbiri keçirib

24 fevral tarixində Four Seasons hotelində LenovoBestcomp Group şirkətləri tərəfindən təşkil edilmiş "The Power of Platinum Partnership" tədbiri keçirilib. Konfrans Xocalı faciəsi qurbanlarının və qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Bestcomp Group şirkətinin baş direktorunun müavini və kommersiya üzrə direktoru Xəlil Ələkbərov tədbir iştirakçılarını – yerli sifarişçiləri və regionun müxtəlif yerlərindən gəlmiş qonaqları salamlayaraq şirkətin tarixi və strukturu haqqında danışıb. Bestcomp şirkətlər qrupu Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda İT və sistem inteqrasiyası sahəsində aparıcı dünya istehsalçılarının tərəfdaşı olmaqla fəaliyyət göstərdiyi ölkələrdə sifarişçilərə peşəkar məsləhət, texniki və layihə dəstəyi xidmətləri göstərir.

“Hazırda Bestcomp Group 7 ölkədə təmsil olunur və regionun bazarlarında fəaliyyətini genişləndirməyə davam edir. Şirkət sadəcə çoxsaylı tərəfdaş istehsalçıların həllərini deyil, həm də özəl və dövlət sektorları üçün 30-dan çox məhsulu əhatə edən öz proqram və həllərini təklif edir. Bestcomp Group-un 50-dən çox mühəndisi sahənin dünya liderlərinin sertifikatlarına malikdir, əldə edilmiş sertifikatların sayı 500-dən çoxdur. Şirkət məlumatların emalı mərkəzinin yaradılması, informasiya təhlükəsizliyi və telekommunikasiya sahəsində həllərin layihələndirilməsi və reallaşdırılması üzrə böyük uğurlar əldə edib. Bestcomp Group üçün 2015-ci ildən başlayaraq əməkdaşlıq etdiyi Lenovo şirkəti ilə tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bestcomp Group-un Lenovo-nun “Intelligence Device Group” və “Lenovo Infrastructure Solutions Group” biznes istiqamətlərində "Platinum Tərəfdaş" statusu qazanması böyük nailiyyətdir”, - deyə Xəlil Ələkbərov vurğulayıb.

Lenovo şirkətinin Mərkəzi Asiya üzrə baş direktoru Alnur Yermaqambetov qeyd edib ki, Lenovo brendi inkişaf etmiş tərəfdaşlar şəbəkəsi, o cümlədən Bestcomp Group şirkəti kimi sahə lideri ilə tərəfdaşlıq sayəsində Azərbaycanda ildən-ilə daha da məşhurlaşır. O, Lenovo şirkətinin dünyada və regionda fəaliyyətinin hazırkı vəziyyəti haqqında maraqlı faktları səsləndirib və şirkətin dövriyyəsinin kəskin artmasını bununla əlaqələndirib. Bu proseslər Lenovo şirkətinə tərtibat və tədqiqat mərkəzlərinə qoyulan investisiyaları artırmaq imkanı verir. “Şirkətimiz ümumi dövriyyəsinin təxminən 2-3%-ni tədqiqat və tərtibat fəaliyyətlərinə ayırır və bu, dünya üzrə belə mərkəzlərin sayını 18-ə çatdırmağa imkan verib. Bu, Lenovo şirkətinin müştərilərinə rəqəmsal gələcəyin qurulması üçün ən qabaqcıl həllər təklif etməsinə imkan verir. Ağıllı texnologiyalar və innovativ Lenovo məhsullarının köməyi ilə rəqəmsal transformasiyaya doğru daha bir addım atırıq”, - deyə Alnur Yermaqambetov bildirib.

Daha sonra Lenovo IDG-nin Şərqi Avropa, Mərkəzi Asiya və Azərbaycanda korporativ müştərilərlə iş üzrə meneceri Qaziz Abdrassilov şirkətin ötən illər ərzində əldə etdiyi uğurlu nəticələrdən danışıb və tədbirin qonaqlarını təşkilatlarında daha yüksək səviyyəli texnoloji inkişafa nail olmaq üçün Lenovo-nun texnoloji yeniliklərindən daha aktiv istifadə etməyə çağırıb.

Lenovo tərəfinin çıxışları Mərkəzi Asiya və Azərbaycanda kiçik və orta biznes seqmentinin kommersiya nümayəndəsi Berik Tursbekov tərəfindən davam etdirilib və sifarişçilər yeni modellərlə tanış edilib. Çıxış zamanı praktiki formasına görə Azərbaycan bazarında məşhurlaşmış Yoga məhsul seriyasının yeni cihazlarına, həmçinin ThinkBook və ThinkPad biznes notbukları seriyasının yeniliklərinə xüsusi diqqət yetirilib.

Lenovo IDG-nin Azərbaycanda əsas müştərilərlə iş üzrə meneceri Anar Nuriyev tədbirin qonaqlarını ThinkCentre korporativ masaüstü və monoblok kompüterləri, ThinkVision monitorları ilə tanış edib, həmçinin Lenovo brendinin klaviatura/kompüter siçanı, keys/çanta, dok stansiyaları və audio/video cihazlarını əhatə edən geniş aksesuar portfelindən bəhs edib.

Anar Nuriyev Lenovo IDG-nin müştərilərə təqdim etdiyi xidmət və zəmanət təkliflərinin verdiyi imkanlar haqqında da danışıb.

Lenovo IDG-nin Mərkəzi Asiya və Monqolustanda korporativ biznesə dəstək üzrə aparıcı mütəxəssisi Arman Baxtıbayev Lenovo ThinkStation iş stansiyaları və ThinkPad WorkStation mobil cihazları ilə tanışlığı davam etdirib. Məruzəçi bu kateqoriyadan olan kompüterlərin rəqiblərindən 20% daha etibarlı olmasını, üstəlik Lenovo iş stansiyalarının ekstremal şərtlərdə istifadə üçün sertifikatlaşdırılması və MIL-STD-810H standartına cavab verməsini qeyd edib.

 

Konfransın rəsmi hissəsi Lenovo ISG-nin proqram təminatı ilə dəstəklənən həllər üzrə meneceri Qriqori Pryaluxinin təqdimatı ilə sona çatıb. O, Lenovo ThinkSystem serverləri, avadanlığın monitorinqi və idarəetmə sistemi XClarity, habelə hiperkonvergent ThinkAgile həllərinin məlumatların emalı mərkəzini necə dəyişdirə biləcəyindən bəhs edib. Serverlər, məlumatların saxlanması sistemləri və şəbəkə məhsullarının geniş seçimi müştərilərin iş yüklərinin nəzərə alınması ilə hazırlanıb. Bu müxtəlif mükafatlara layiq görülmüş qurğular istənilən ölçüyə sahib müəssisədə sahədə ən yaxşı məhsuldarlıq, etibarlılıq və müştəri məmnuniyyətini təmin edir.

Qeyd etmək lazımdır ki, tədbir zamanı hotelin foyesində qonaqlara Lenovo brendinin biznes sektoru üçün ən yeni kompüterləri ilə tanış olmaq, habelə onları maraqlandıran məsələləri Lenovo və Bestcomp şirkətlərinin məruzəçiləri və ekspertləri ilə dəqiqləşdirmək imkanı verən nümayiş zonası fəaliyyət göstərib.