Yeni İliniz Mübarək!

Biz birlikdə böyüdük və inkişaf etdik. Bu illər ərzində qarşılaşdığımız maneələri birlikdə dəf edərək, bir yumruq kimi daha da bərkidik, bütövləşdik. Ənənələrimizə sadiq qalaraq, daha bir ili tərəfdaşlarımızla birgə möhtəşəm şənliklə yola saldıq.
Yeni il yeni arzular, məqsədlər və planlar deməkdir. Yola saldığımız ildə nəyi necə etdiyimizi düşünərək, hədəfimiz növbəti il vətənimizin innovativ inkişafı yolunda daha uca zirvələri fəth etmək və bu yolda inamla və istəklə addımlamaqdır.

Yeni İl Şənliyimizdən qısa video çarx