Bestcomp Group əməkdaşları Cisco Data Center X-Architecture mövzusunda təlim keçdilər

Şirkətin əsas dəyərlərindən peşəkarlığı rəhbər tutaraq, Bestcomp Group kadrlarının ixtisas səviyyələrinin davamlı şəkildə artırılması üçün onların Azərbaycanda və xaricdə müxtəlif təlimlər keçməsinə ciddi sərmayələr yatırır. Bu dəfə əməkdaşlarımız xüsusi olaraq Bakıya dəvət olunan Cisco şirkətinin mütəxəssisi Sergey Dudarev-dən X-arxitektura yanaşması ilə Cisco Data Center istiqamətində biznesi inkişaf etdirmək üçün praktiki biliklər əldə etdilər.
Qeyd edək ki, Bestcomp Group Cisco-nun Azərbaycanda yeganə birbaşa (Tier 1) və Master Security səviyyəli tərəfdaşıdır.