Bestcomp Group şirkəti Intel Korporasiyasının Azərbaycanda ilk və yeganə Qızıl statuslu tərəfdaşıdır.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirik ki, Bestcomp Group Intel-in Azərbaycanda Qızıl tərəfdaş statusunu əldə edən ilk şirkət oldu. Bu status Bestcomp Group-un istehsalçının texnologiyalarına əsaslanan həllər təminatçısı kimi etibarlılığının və bu həllərin tətbiqi və dəstəklənməsi sahəsində yüksək səviyyəli mütəxəssislərin olmasının bir göstəricisidir.  

Bestcomp Group uzun zamandır ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin İT bazarında lider mövqeyini saxlayır və təşkilatların rəqəmsal tranformasiya proseslərinin həyata keçirilməsini reallaşdıran innovativ həllər təqdim edir.
Texnoloji tərəfdaşlar siyahısının daim genişləndirilməsi, məhsul portfelinin zənginləşdirilməsi şirkətin strateji hədəflərindəndir.
Tərəfdaşı olduğu istehsalçılarla səmərəli əməkdaşlıq sayəsində Bestcomp Group hər zaman ən son texnoloji yeniliklərdən xəbərdardır və sifarişçiləri üçün müasir texnologiyalara əsaslanan ən optimal və səmərəli sistemləri, həlləri təqdim edir.