Sentyabrın 11-dən 14-dək ABŞ-ın Çikaqo şəhərində keçirilmiş “HP REINVENT World Partner” forumunda Azərbaycanın “Bestcomp Group” şirkəti Şərqi və Cənubi Avropada ən yaxşı IT şirkət hesab edilib və “HP Partner of the Year 2017”, “Growth Award” mükafatı ilə təltif edilib.

Şirkətin Müşahidə Şurasının sədri Rauf Həsənov qeyd edib ki, HP dünya IT bazarının lideridir və bizə dünyanın hər yerindən 1500-dən çox IT şirkətinin rəhbərlərinin iştirak etdiyi forumda bu mükafatı almaq çox xoşdur. Biz fəxr edirik ki, Azərbaycanın IT şirkəti Şərqi və Cənubi Avropanın 24 ölkəsi arasında ən yaxşısı hesab edilib. Şübhəsiz ki, bu təkcə bizim şirkət üçün yox, həm də bütün Azərbaycan IT-bazarı üçün əlamətdar hadisədir. Bizim qələbəmiz bir daha Azərbaycanda bu sahənin inkişafını və iqtisadiyyatın müxtəlif sahələrinə qabaqcıl informasiya texnologiyalarının geniş tətbiqini göstərir. Mən bizneslərinin inkişafında bizi etibarlı tərəfdaş hesab edən sifarişçilərimizə təşəkkürümü bildirmək istəyirəm.
“BestComp Group” şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Əməkdaşların yüksək peşəkarlığı, hər bir müştəriyə fərdi yanaşma və optimal kompleks həll yollarının təklif edilməsi şirkəti regionun IT seqmentində liderlərdən birinə çevrilməsinə kömək edib. “BestComp Group” HP-nin “Platinum” tərəfdaşı, Microsoft-un distribütoru, eləcə də ACER, Lenovo, Schneider Electrics, Eaton, Sandvine, Oracle, CISCO, F5, Palo-Alto, Micro Focus, HID kimi dünya IT sənayesinin 30-dan çox lider şirkətlərinin aparıcı tərəfdaşıdır.

 

Rauf Həsənov qeyd edib: “Hər bir müştəri ilə biz fərdi olaraq işləyirik, onun tələblərini öyrənirik ki, işində lazım olan etibarlılıq və yüksək məhsuldarlığın əldə olunmasına imkan verən həll yollarını tapaq. Bizim üçün əməkdaşlarımızın peşəkar təhsili böyük önəm daşıyır. Çünki məhz əməkdaşların yüksək səviyyədə ixtisaslaşması hər bir şirkətin uğurunun əsasında dayanır. Əməkdaşlarımız daim müxtəlif beynəlxalq seminarlarda və treninqlərdə iştirak edir və dünyanın aparıcı IT şirkətlərindən 300-dən çox sertifikat əldə ediblər. “BestСomp Group” sertifikatlaşdırılmış Data-mərkəzlərin, informasiya və enerji təhlükəsizliyi sistemlərinin, lokal və regional telekommunikasiya şəbəkələrinin yaradılması, istehsal proseslərinin avtomatlaşdırılması, geniş təyinat üçün nəzərdə tutulmuş proqramların hazırlanması üzrə layihələri uğurla həyata keçirir. “Bestcomp Group”un nəzdində НР, HPE, ACER, Lenovo, Schneider Electrics by APC, Eaton, Tripp Lite və digər avtorizə olunmuş servis mərkəzləri fəaliyyət göstərir”.
Azərbaycanda son illər IT şirkətlərin səviyyəsi çox yüksəlib ki, bu da xarici IT həll tədarükçüləri ilə uğurla rəqabət aparmağa imkan verir. Azərbaycanın IT bazarının liderlərindən biri olan “Bestcomp Group”a verilən mükafat da bunun təsdiqidir.