İT sahəsində qadınlara dəstək sessiyası Bestcomp Group-un ofisində

“FEMMES DIGITALES” İctimai Birliyinin mentorluq proqramı çərçivəsində üçüncü təcrübə sessiyası keçirildi. 13 oktyabr 2022-ci il tarixində Bestcomp şirkətinin ofisində FEMMES DIGITALES - TECH sahəsində qadınlara dəstək İctimai Birliyinin təşkil etdiyi mentorluq proqramı çərçivəsində üçüncü təcrübə sessiyası keçirildi.
 
 
Şirkətin innovativ layihələri, yüksək səviyyəli xidmətləri və həlləri haqqında ətraflı məlumatı Bestcomp Group-un Marketinq Meneceri - Cəmilə xanım Əmiraslanova təqdim etdi. Cəmilə xanım İT-nin uşaqlar üçün önəmli olduğunu xatırladıb, işğaldan azad edilmiş ərazilərdə yerləşən #məktəblərə şirkət tərəfindən 1000 kompüterin hədiyyə edildiyini bildirib.
Bestcomp Group-un İnsan Resursları üzrə Direktoru cənab Fuad Qəmbərov rəqəmsal dünyada qadınların payı və xüsusilə də Avropada yüksələn faizi ilə bağlı geniş təqdimatla çıxış etdi. Fuad bəy Azərbaycanda bu sahədə qadınların üstünlüyünü əks etdirən statistika barədə məlumat verib, İT şirkətlərində qadın gücünün əhəmiyyətini vurğulayıb.