Bestcomp Group Cisco Security məhsullarına dair tədbir texniki tədbir təşkil etdi

CISCO şirkətinin mütəxəssisləri CISCO-nun Azərbaycanda 1-ci səviyyəli tərəfdaşı olan Bestcomp Group-un satışa dəstək və satış menecerləri üçün Security məhsullarına dair xüsusi təlim keçiriblər. Marriott Boulevard Hotel-də təşkil olunan tədbirdə şirkətin 30-a qədər mütəxəssisi iştirak edib. Tədbirin əsas mövzuları kibertəhlükəsizlik həllərinin tətbiqi, müasir zamanda qarşılaşdığımız kiberhücumlar və bu kibercinayətlərin qarşısının alınması üçün istifadə olunan texnologiyalar və həllər idi.

İlk öncə CISCO ekspertləri tədbir iştirakçıları üçün Security məhsulları üzrə maarifləndirici təqdimatlar etmiş, daha sonra isə tədbir satış üzrə mütəxəssislərin bacarıqlarını sınamaq və inkişaf etdirmək məqsədi daşıyan biznes oyunlar (Sales Play) formatında davam etmişdir.
Məlumat üçün qeyd edək ki, Bestcomp Group informasiya təhlükəsizliyi sahəsində MDB  məkanında “CISCO Master Security Specialization” statusuna malik olan 3 şirkətdən biridir və bu Bestcomp Group üçün bazarda bir fərqləndirmə nöqtəsidir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirik ki, texnoloji təfədaşımız olan CISCO korporasiyası ilə mövcud qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirməyi davam etdirəcəyik.