Sistem inteqratoru Bestcomp Group korporativ virtual infrastrukturun idarə edilməsi üçün İT həllər təqdim edən Veeam Software şirkətinin “Qızıl tərəfdaş” statusunu aldı.

Bestcomp Group bu yüksək statusu əldə edən Azərbaycanda ilk və yeganə şirkətdir. “Qızıl tərəfdaş” statusu Veeam proqram məhsullarından istifadə edərək ən mürəkkəb layihələri uğurla həyata keçirə bilən tərəfdaşlara verilir. Bundan əlavə, bu status Bestcomp Group-un texniki mütəxəssislərinin müxtəlif layihələrdə Veeam proqram təminatı üzrə rəsmi ekspert qismində çıxış edə bilməsini təsdiq edir.

Bestcomp Group-un dünyanın müxtəlif aparıcı şirkətlərindən bu kimi yüksək səviyyəli statusların əldə etməsi, şirkətin biznesinin hərtərəfli inkişafı və texniki mütəxəssislərinin səriştələrinin dayanmadan təkmilləşdirilməsinin bir göstəricisidir. Eyni zamanda tərəfdaşlardan yüksək statusların əldə edilməsi Bestcomp Group-un sifarişçilərə mürəkkəb tapşırıqların yüksək keyfiyyətlə və daha optimal qiymətlərlə təqdim etməsini mümkün edir.