Bestcomp Group firması Tayvanın EnGenius şirkətinin Azərbaycanda rəsmi distibütor adını aldı

 

Bestcomp Group firması Tayvanın aparıcı şirkətlərindən biri olan EnGenius şirkətinin Azərbaycanda rəsmi distribütoru statusunu alıb. EnGenius simsiz Wi-Fi avadanlığının və səs rabitəsi üçün radio avadanlığın tərtibatı və istehsalı sahəsində dünyada tanınmış ekspertdir. Şirkət ev və ofislər üçün WiFi avadanlıq və provayderlər üçün peşəkar simsiz avadanlıq istehsal edir.

EnGenius məhsullarının fərqləndirici xüsusiyyətləri avadanlığın istehsal edildiyi materialların yüksək keyfiyyəti və avadanlığın rəqiblərindən daha yüksək texniki xarakteristikalarıdır. EnGenius məhsulları otellərdə, məktəblərdə, restoranlarda, ofislərdə və kurortlarda simsiz rabitəni təmin edə bilən yüksək məhsuldarlıqlı, biznes klass səviyyəli istifadə nöqtələrindən, müştəri körpülərindən, adapterlərdən və telefon sistemlərindən ibarətdir.