Bestcomp Group Qarabağ məktəblərinə 1000 ədəd kompüter verəcək

 

Azərbaycanın aparıcı İT şirkəti Bestcomp Group “Qarabağa Böyük Qayıdış”a dəstək olaraq bərpa ediləcək və tikiləcək 50 məktəbdə kömpüter sinifləri təşkil edilməsini öz öhdəsinə götürür. Bu məqsədlə Bestcomp Group Təhsil Nazirliyi ilə razılaşdırılaraq Qarabağ məktəblərinə təmənnasız olaraq 1000 ədəd stolüstü kompüter və ya noutbuk təqdim edəcəkdir. #BizBirlikdəGüclüyük