Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi öz işinə başladı

 

Fevralın 15-də Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi öz işinə başlayıb.

“Fərqli Fərdlər” Konqresi Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və Bestcomp Group şirkətinin dəstəyi ilə keçirilir.

Konqresin məqsədi autizmdən əziyyət çəkən uşaqların inkişafı və tərbiyəsi məsələlərinə ictimaiyyətin diqqətini daha çox yönəltmək, valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq qurmaq və dövlətin tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünə dəstək verməkdir.Fəaliyyətində hər zaman sosial layihələrə xüsusi yer ayıran Bestcomp Group şirkəti üçün bu mühüm hadisənin bir hissəsi olmaq, belə bir tədbirin keçirilməsinə dəstək vermək qürurverici haldır.