Bakutel 2019 sərgisində “Ən parlaq stend”

 

3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi öz işinə başlayıb. Sərgi iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sərginin İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi, qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynamasını vurğulayıb. Ənənəyə sadiq qalaraq Bestcomp Group şirkətlər qrupu Bakutel 2019 sərgisində iştirak edərək, sərgi ziyarətçilərinə İKT sahəsindəki son nailiyyətlərini, layihələrini və innovativ həllərini təqdim edib. BestComp Group “Caspian Event Organizers” şirkəti tərəfindən “Bakutel 2019” sərgisində “Ən parlaq stend” mükafatı ilə təltif olunub.