Bestcomp Group Snom şirkətinin Azərbaycanda Gümüş statusa malik tərəfdaşıdır

 

Bestcomp Group Snom şirkətinin Azərbaycanda Gümüş statusa malik tərəfdaşıdır. Almaniya şirkəti olan Snom Technology müəssisələrin kommunikasiya həlləri üçün VoIP telefonları istehsal edən şirkətdir. Yüksək keyfiyyəti və sərfəli biznes həlləri ilə tanınan Snom VoIP sənayesində uzunmüddətli təcrübəyə əsaslanır və yüksək təhlükəsizlik standartlarına cavab verir. Avadanlıqlar ev istifadəsindən tutmuş kiçik, orta bizneslərə və böyük korporasiyalara qədər bütün biznes sahələrində istifadə üçün yararlıdır.

BestComp Group-un mütəxəssisləri sizə biznes ehtiyaclarınıza uyğun məhsul seçimində yardımçı olaraq, sizə eyni zamanda quraşdırma, nasazlıqların aradan qaldırılması, texniki dəstək kimi xidmətləri təqdim edir.