Bestcomp Group mütəxəssisləri proqram təminatı və tətbiqlərin hazırlanması sahəsində böyük təcrübəyə malikdir. Şirkətin 30-dan çox proqram təminatı məhsulu dövlət və özəl şirkətlərdə tətbiq edilmişdir. Bunların bir qismi hal hazırda istifadə edilən Elektron Hökumət sisteminin tərkib hissəsidir. Məhsulların bəziləri ilə burada tanış ola bilərsiniz.

Bestcomp Group şirkəti Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvü kimi dünya səviyyəsində də öz innovativ həllərini uğurla təqdim edir. Şirkət daim geniş düşünərək innovativ həll və xidmətləri beynəlxalq arenada da həyata keçirərək ciddi səylə fəaliyyət göstərir.

Qürur hissi ilə qeyd etmək olar ki, Bestcomp  Group-un  məhsulu olan “AZEMİS” elektron məhkəmə sistemi Şotlandiyanın Edinburq şəhərində “Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən təşkil edilən “Məhkəmə Nəbzi İdarəetmə İnqilabı” (Court Pulse the Management Revolution) adlı təşəbbüs üçün “Ədalət Mühakiməsinin Billur Tərəzisi 2017” (Crystal Scales of Justice Prize 2017) mükafatını əldə etmişdir.