Cisco, Juniper, HPE, Fortinet və İT sahəsində digər aparıcı şirkətlər tərəfindən sertifikatlaşmış mütəxəssislərimiz müxtəlif müəssisə və dövlət qurumları üçün LAN/WAN şəbəkələrin layihələndirilməsini peşəkar səviyyədə həyata keçirirlər. Mütəxəssislərimizin əsas məqsədi –  İT şəbəkə infrastrukturunun yaradılması ilə bərabər, tətbiq olunan sistemlərin etibarlılığı, davamlılığı və təhlükəsizliyini təmin etməkdir.

Şirkətimizin imkanları və geniş tərəfdaş dəstəyi təhlükəsizlik, optimallaşdırma və idarəetmə baxımından şəbəkənin bütün seqmentlərini əhatə etməyə qadirdir.  Şəbəkə təhlükəsizliyini təmin edən yeni nəsil proqram təminatları, avadanlıqlar, cihazlar və veb-aplikasiyalar, DDoS alətləri, yüklənməni tarazlaşdıran vasitələr, proksi cihazları və bu sahədə tətbiq edilən digər geniş həllərimiz müştərinin şəbəkəsini daha etibarlı və  təhlükəsiz olmasını təmin edir.

Həmçinin İT infrastrukturunun idarəetməsi üçün təqdim etdiyimiz həllər şəbəkə ilə çox asan inteqrasiya edilir. Beləliklə siz şəbəkədə istifadə edilən vasitələri qısa vaxt ərzində aşkar edə, həmçinin inteqrasiya edilmiş infrastrukturu və tətbiqlərin dövriyyə prosesini davamlı olaraq izləyə, yönləndirə və idarə edə bilərsiniz.