Məlumat ən həssas aktivdir. Bizim məqsədimiz, sifarişçinin məlumatlarının xarici və daxili müdaxilədən qorunduğu təhlükəsiz İT mühitinin qurulmasıdır. İstifadə edilən proqram təminatındakı boşluqlar, şəbəkənin layihələndirilməsi və qurulması zamanı buraxılan səhvlər, məlumatların saxlanılması və idarəedilməsində olan nöqsanlar potensial məlumat itkisi mənbələridir. BestСomp Group şirkətinin informasiya təhlükəsizliyi sahəsində dünyanın aparıcı şirkətləri olan Micro Focus, Radware, Palo Alto, F5, Juniper,  Cisco, Fortinet, Thales, Symantec, McAfee, Tenable, Trend Micro, Quest, Digital Guardian və başqaları ilə əməkdaşlığı və bu şirkətlərin məhsul və həllərindən istifadə etməsi müştərilərin məlumatlarının ötürülməsi, saxlanılması və emal edilməsi zamanı yarana biləcək bütün təhlükələrdən maksimum qorunmağa təminat verir.