Sifarişçilərə fiziki risklərin azaldılmasına kömək edən innovasiyalı infrastruktur həllərinin tərtibatı sahəsində dünya lideri olan Panduit şirkətinin tərəfdaşı olmağımız barədə xəbəri paylaşmaqdan məmnunluq duyuruq. Panduit şirkətinin ekspert təcrübəsi fiziki infrastrukturun bütün elementlərini əhatə edir.

Panduit aparıcı tərtibatçıdır, strukturlaşdırılmış kabel sistemlərinin (SKS) və elektrik montaj məmulatlarının layihələşdirilməsi və istehsalı sahəsində dünya lideridir və elektrotexnika və şəbəkə texnologiyaları sahəsində layihələrin icrası üçün məhsul və xidmətlər təklif edir.

Panduit həlləri özünə kabellər, “burulmuş cütlük” və lif optikası tipli kabellər üçün modullu konnektorlar, zona kabelləşdirmə sistemləri, rozetka və üzlük panelləri, dayaq sistemləri, şəbəkə idarəetmə sistemləri, kabel qutuları, optik kabellərin daşıma sistemləri, torpaqlanma sistemləri, kabel bağlayıcıları və aksesuarları, və, həmçinin, şəbəkə eyniləşdirmə sistemlərini daxil edir.

Bestcomp Group şirkəti, tərəfdaşlıq çərçivəsində Panduit avadanlığı bazasında yaradılmış strukturlaşdırılmış kabel sistemlərinin spesifikasiyasının hazırlanması, layihələşdirilməsi, quraşdırılması və dəstəyini yüksək səviyyədə həyata keçirmək imkanına malikdir.