Bestcomp Group Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin imzaladığı 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub. Şirkət fondun hesabına yardım məqsədilə 100 000 manat məbləğində vəsait köçürüb.